Icma.az
close
up
RU
Kolleclərə 9 illikdən qəbul dayandırılır

Kolleclərə 9 illikdən qəbul dayandırılır

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

“Hazırda doqquzuncu sinifdən kolleclərə qəbul prosesinin dayandırılması ilə bağlı fikirlər irəli sürülür. Eləcə də on birinci sinifdə kolleclərin fəaliyyətinin davam etdirilməsi, amma universitetlərin tərkibinə verilməsi planlaşdırılır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev deyib. O bildirib ki, beynəlxalq təcrübədə kollec təhsili universitetin tərkibində həyata keçirilir:

“İlk növbədə qeyd edim ki, kolleclərin universitet tərkibinə verilməsi, əlbəttə, çox gözəl təşəbbüsdür. Xüsusilə beynəlxalq təcrübədə kollec təhsili universitetin tərkibində həyata keçirilir. Bizdə də şəhərdə olan kolleclərin əksəriyyəti belədir: Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən texniki kollec və ya Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən humanitar kollec. Bununla yanaşı, digərlərində də — İqtisad Universitetində Maliyyə-İqtisad Kolleci, Sosial-İqtisad Kolleci və sair var. Sadəcə burada tibb kolleclərinin Tibb Universitetinin tərkibinə verilməsi məsələsi var. Bir də regionlarda fəaliyyət göstərən kolleclərin ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərməsi məsələsi var. Onlayn mağaza

Düşünürəm ki, bunun həyata keçirilməsi gözəl olar. Nə baxımdan gözəl olar? Həm maddi-texniki baza baxımından gözəl təşəbbüs ola bilər, həm də müəllim potensialı baxımından. Çünki universitetdə fəaliyyət göstərən müəllimin kollecdə də gedib dərs keçə bilmə imkanı formalaşa bilər. Artıq bu universitetin nəzdində fəaliyyət göstərdiyi təqdirdə həftənin bir günü bu təhsil müəssisəsində, digər günü digər təhsil müəssisəsində fəaliyyət göstərə bilər. Bu da müəllim çatışmazlığının qarşısını müəyyən qədər ala bilər. Çünki kolleclərdə fəaliyyət göstərən müəllimlərin universitetdə fəaliyyət göstərən müəllimlərin potensialında olmadığı hər kəsə məlumdur. Amma bu universitetin nəzdində keçirildiyi təqdirdə, istər-istəməz universitetdə fəaliyyət göstərən, akademik karyerası daha yüksək səviyyədə olan peşəkarın kollecdə dərs keçməsinə təsir göstərəcək. Bu, əsas amillərdən biridir”.

Ekspert əlavə edib ki, doqquzillikdən kolleci dayandırırıqsa, o zaman doqquzillikdən peşə təhsilinin sayını genişləndirməli, çoxaltmalıyıq:

“İkinci bir məsələ: doqquzillikdən kolleci dayandırırıqsa, o zaman doqquzillikdən peşə təhsilinin sayını genişləndirməli, çoxaltmalıyıq. Çünki bizdə icbari təhsil doqquzillikdir. Doqquzuncu sinifdə artıq şagirdə attestatı veririk və icbari təhsili dayandırıb ondan sonrakı mərhələyə — universitetə hazırlıq istiqamətində digər mərhələyə, on-on birinci sinif mərhələsinə keçidi həyata keçiririk. Burada da istər-istəməz hər hansı şagirdin doqquzillikdən sonra universitetə hazırlaşmaq istəməməsi gündəmə gələ bilər. Şagird icbari təhsili dayandırıb peşə təhsilinə və ya kollecə istiqamətlənmək istəyə bilər. Ona görə düşünürəm ki, doqquzillikdən bəzi ixtisasları kollecdə saxlamaq olardı. Bu edilmirsə, peşə təhsilində doqquzilliyin sayını mütləq artırmaq lazımdır ki, doqquzillikdən ali təhsil müəssisələrinə hazırlaşmaq və təhsilini davam etdirmək istəməyənlər peşə təhsilinə istiqamətlənib orada təhsil alma imkanına malik ola bilsinlər. Mənim düşüncəm bu yöndədir”.

R.Nurəliyev vurğulayıb ki, bu faktor müəllimlərin ixtisara düşməsinə, işini itirməsinə səbəb olmayacaq:

“Bu faktor müəllimlərin ixtisara düşməsinə, işini itirməsinə səbəb ola bilərmi? Düşünürəm ki, səbəb olmaz. Çünki onsuz da kolleclərdə fəaliyyət göstərən müəllimlərin böyük bir qismi o qədər də çox tədqiqat işləri ilə məşğul olan, elmi dərəcəsi yüksək olan şəxslər deyildilər. Bir qismi sadəcə magistraturanı bitirmiş mütəxəssislər idilər. Onlar da mütəxəssis kimi hər bir yerdə iş tapmaq imkanına malikdir. Bir yer bağlansa belə, başqa bir yerdə əmək fəaliyyətinə cəlb oluna və əmək fəaliyyəti göstərə bilər. O problem deyil. Azlıqda olan hər hansı müəllim işini itirəcəksə, artıq burada deyiləcək bir şey yoxdur. Ümumi qərar verilirsə, o qərar hər kəs tərəfindən təmin olunmalıdır. Amma bu, çox böyük bir müəllim faizinə təsir etməyəcək. İlk növbədə doqquzillikdən kollec təhsilinin dayanmasının tərəfdarı deyiləm. Bəzi ixtisaslar tamamilə dayanmalıdır. Çünki kolleclərdə mühasibatlıq ixtisası var; universitetdə də mühasibatlıq ixtisası var. İşə götürən olsam, kollec bitirəni yoxsa universitet bitirəni işə götürərəm? Hər ikisi mühasibatlıq ixtisası üzrə bitirib. Əlbəttə ki, universitet bitirəni götürərəm. Bu zaman kollecin mühasibatlıq ixtisasını bitirənlərin çəkdiyi əziyyət heçə enir. Çünki o adam kolleci bitirsə belə, əmək bazarında iş imkanı əldə edə bilmir. Bu tipli ixtisasların çıxarılmasının tərəfdarıyam. Amma bəzi ixtisasların — xüsusilə texniki sahədə və tibb sahəsində olan ixtisasların — qalması pis olmazdı. Düzdür, doqquzuncu sinifdə tibb sahəsində ixtisaslar yoxdur, amma texniki sahədə ixtisaslar var idi. Bu ixtisasların qalmasının tərəfdarı ola bilərdim. Eləcə də doqquzuncu sinifdən — xüsusilə bəzi iaşə obyektlərində fəaliyyət göstərən satıcılıq ixtisasının, marketinq ixtisasının qalmasının tərəfdarı olardım. Adam doqquzillikdən təhsilini dayandırıb satıcılıq fəaliyyətində, marketlərdə və sair satıcı kimi işləyirsə, onun təhsilinin olması daha yaxşı olar. Və ya turizm sahəsində bələdçilik ixtisasının qalması daha yaxşı ola bilər. Çünki adam doqquzuncu sinifdən bələdçilik sahəsində təhsil alıb turizm sektorunda əmək fəaliyyəti göstərə bilər. Bu kimi sahələrdə doqquzillikdən qalmasının tərəfdarıyam”.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman kolleclərə 9 illikdən qəbul tam dayandırılacaq. O, əlavə edib ki, bütün kolleclər universitetlərin tərkibinə veriləcək.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri