Icma.az
close
up
RU
“ABŞ nin NATO dan ayrılması alyansın gələcəyini sual altına sala bilər” ŞƏRH

“ABŞ nin NATO dan ayrılması alyansın gələcəyini sual altına sala bilər” ŞƏRH

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ-nin NATO-nu tərk etməsi ilə bağlı iddialar səslənməyə davam edir. Düzdür, bu qərar Donald Trumpın  təkbaşına verə biləcəyi qərar deyil”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Turan Rzayev deyib:

“Ümumiyyətlə, belə bir addım ABŞ üçün heç bir halda əlverişli sayılmır. Çünki ABŞ kimi qlobal güc üçün NATO təkcə hərbi alyans deyil, eyni zamanda transatlantik təsir mexanizmi, siyasi nüfuz platforması və beynəlxalq təhlükəsizlik arxitekturasının əsas sütunlarından biridir.

Nəzəri olaraq belə bir ssenarinin reallaşması qlobal güc balansında ciddi sarsıntılara səbəb ola bilər. NATO-nun hərbi və texnoloji gücünün böyük hissəsi məhz ABŞ-a bağlıdır. Alyans formal olaraq kollektiv təhlükəsizlik mexanizmi olsa da, onun əməliyyat imkanları, logistika infrastrukturu və strateji çəkindiriciliyi əsasən Vaşinqtonun resursları üzərində qurulub. ABŞ-ın bu sistemdən çıxması NATO-nu institusional baxımdan zəiflədərək onu daha çox regional və məhdud təsir gücünə malik struktura çevirə bilər.

Əgər belə bir şey baş verərsə ABŞ-dan sonra NATO-nu Türkiyənin də tərk etməsi ehtimalı yaranır. Ankara NATO daxilində ABŞ-dan sonra ən böyük hərbi potensiala malik üzvlərdən biridir və alyansın cənub cinahında əsas dayaq nöqtəsi hesab olunur. Lakin ABŞ-ın mümkün çıxışı halında yaranacaq yeni təhlükəsizlik mühitində Türkiyənin mövqeyi mürəkkəbləşə bilər. Çünki alyansın hərbi yükünün əhəmiyyətli hissəsinin regional güclərin üzərinə düşməsi qaçılmaz olacaq və bu yükü uzunmüddətli perspektivdə daşımaq Ankaranın strateji maraqları ilə tam uzlaşmaya bilər. Bu baxımdan, dəyişən təhlükəsizlik arxitekturasının nəticəsi kimi Türkiyənin də NATO-dan çıxması ehtimalı istisna edilmir”.

O qeyd edib ki, Ankara hazırda formal olaraq belə bir niyyət nümayiş etdirməsə də, ABŞ-ın NATO-nu tərk etməsi və yaranacaq güc boşluğu kontekstində öz hərbi alyansını qurmaq ideyasına daha çox fokuslana bilər:

“Son illərdə Türkiyənin daha müstəqil hərbi-siyasi kurs yürütməsi, regional təşəbbüslərdə aktiv rol alması və alternativ təhlükəsizlik formatlarına maraq göstərməsi bunu deməyə əsas verir.

Bu çərçivədə iki əsas istiqamətdən danışmaq olar:

Birincisi, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi və bunun tədricən alyans səviyyəsinə çatdırılmasıdır. Bu model daha real görünür, çünki ortaq dil, mədəniyyət və siyasi yaxınlıq müəyyən institusional bazanın formalaşmasına imkan yaradır. Lakin türk dövlətlərinin bir qisminin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olması Ankaranın qarşısında ciddi maneədir. 

İkinci istiqamət isə daha geniş – türk-islam platforması əsasında hərbi ittifaqın yaradılmasıdır. Bu variant daha iddialı olsa da, müxtəlif siyasi maraqlar, regional rəqabət və geosiyasi ziddiyyətlər səbəbindən reallaşdırılması daha çətin görünür.

Bununla belə Türkiyənin gələcəkdə öz hərbi alyansını qurmaq istiqamətində addımlar atması onun strateji müttəfiqi olan və bu günə qədər hərbi alyanslara məsafəli yanaşan Azərbaycanın xarici siyasətinə də təsir göstərə bilər. Bu, ya daha sıx hərbi inteqrasiya, ya da mövcud balans siyasətinin yeni geosiyasi şərtlərə uyğunlaşdırılması formasında özünü göstərə bilər”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Aprel 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri