Icma.az
close
up
RU
ABŞ nin Venesuelada hakimiyyəti devirməsi neftin qiymətinin aşağı düşməsinə ciddi təsir göstərəcək

ABŞ nin Venesuelada hakimiyyəti devirməsi neftin qiymətinin aşağı düşməsinə ciddi təsir göstərəcək

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Əgər Vaşinqton Venesuelanın bütün enerji resursları üzərində nəzarət əldə edərsə, bu, dünya bazarlarında neftin qiymətinə Amerikanın nəzarətinin bərpa olunması demək olacaq".

Bunu Redaktor.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov ABŞ-nin Veneseulada keçirdiyi hərbi əməliyyat, Prezident Nikolas Maduronun qaçırılaraq Amerikaya aparılmasından sonra neftin qiymətlərində dəyişikliyin baş verib-verməyəcəyindən danışarkən bildirdi.

"Bildiyiniz kimi, 2016-cı ilə qədər dünya bazarlarında neftin qiymətini, demək olar ki, əsasən Amerika müəyyən edirdi. Lakin 2016-cı ildən etibarən OPEC ölkələri - neft hasilatı ilə məşğul olan ən qabaqcıl ölkələrin təşkilatı - Amerika qiymətləri həddindən artıq aşağı saldığına görə həmin nəzarəti öz əlinə aldı və nəticədə dünya bazarlarında neftin qiyməti həmin ildən bəri, demək olar ki, OPEC və OPEC+ ölkələrinin istəyi ilə müəyyən olunur. Yəni qiymətlər həddindən artıq yüksəldikdə hasilatı artırmaq, aşağı düşdükdə isə onu məhdudlaşdırmaq barədə qərar qəbul edirlər. Amma indi, misal üçün, Venesuela və İran kimi zəngin neft ehtiyatlarına malik ölkələr ABŞ tərəfindən bazara daxil edilərsə, - düzdür, buna texniki və digər baxımlardan müəyyən vaxt lazımdır, - bu, neftin dünya bazarlarında qiymətinin formalaşmasının OPEC-in əlindən çıxaraq yenidən ABŞ-nin nəzarətinə keçəcəyi demək olacaq. Elə bu ilin özündə belə, təkcə bu fakt - Amerikanın Venesuelada hakimiyyəti devirməsi neftin qiymətinə, onun aşağı düşməsinə ciddi təsir göstərəcək", - deyə həmsöhbətimiz vurğuladı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri