ABŞ nin vitse prezidenti Rusiya ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi şərtini açıqlayıb
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
ABŞ və Rusiya arasındakı münasibətlər Ukraynadakı münaqişənin həll olunacağı təqdirdə yenidən nəzərdən keçirilə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey-Di Vens The Wall Street Journal-a (WSJ) müsahibəsində bildirib.
"Vens Ukrayna ilə bağlı uğurlu razılaşma əldə olunacağı halda Rusiya ilə münasibətləri yenidən qurmağı təklif edib", – deyə nəşrin materialında qeyd olunub.
ABŞ-nin vitse-prezidenti vurğulayıb ki, prezident Donald Trampın administrasiyası Rusiyanı münaqişəni davam etdirməkdənsə, sülh danışıqları yolu ilə daha çox şey əldə edəcəyinə inandırmağa çalışacaq.
Bundan əlavə, Vens qeyd edib ki, ABŞ hakimiyyəti Ukraynaya qoşun göndərmə ehtimalını və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi istisna etmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Fevral 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















