Icma.az
close
up
RU
ABŞ Prezidentinin idxal məhsullarına vergilərin artırılması barədə qərarı Avropa İttifaqında ciddi etirazla qarşılanıb

ABŞ Prezidentinin idxal məhsullarına vergilərin artırılması barədə qərarı Avropa İttifaqında ciddi etirazla qarşılanıb

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın idxal məhsullarına tətbiq edilən gömrük vergisinin artırılması barədə qərarı dünyanın digər ölkələrində olduğu kimi, Avropa İttifaqı (Aİ) tərəfindən də etirazla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta X səhifəsindəki paylaşımında Aİ-nin digər tərəfdaşlarla əlaqələrini gücləndirəcəyini ifadə edərək bildirib: “Ticarət qlobal rifahın güclü mühərrikidir. Aİ azad və ədalətli ticarətin qətiyyətli müdafiəçisi olaraq qalacaq. Bütün tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcək və ticarət şəbəkəmizi gücləndirib genişləndirəcəyik. İndi MERCOSUR və Meksika ilə razılaşmaları irəli aparmaq, Hindistan və digər əsas tərəfdaşlarla danışıqları qətiyyətlə sürətləndirmək vaxtıdır”.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də ABŞ-ın bu qərarının Avropada məyusluq yaratdığını qeyd edərək bildirib: “Bilirəm ki, çoxlarınız ən köhnə müttəfiqimiz tərəfindən xəyal qırıqlığına uğramısınız. Bəli, bunun qaçılmaz təsirlərinə hazır olmalıyıq. Lakin Avropa bu çətinlikləri aşmaq üçün lazım olan hər şeyə malikdir. Biz bu vəziyyətdə birlikdəyik. Əgər sizlərdən birinə qarşı çıxırlarsa, deməli, hamımıza qarşı çıxırlar. Ona görə də biz bir-birimizin yanında duracaq və bir-birimizi müdafiə edəcəyik. Bizim birliyimiz bizim gücümüzdür”.

Avropanın 450 milyon istehlakçı ilə dünyanın ən böyük vahid bazarına malik olduğunu qeyd edən Ursula Fon der Lyayen bildirib ki, Avropa birbaşa təsirlənənlərin yanında olacaq.

Bu qərara ondan ən çox təsirlənən ölkələrdən olan Almaniyanın siyasi rəhbərliyi də etirazını bildirib. Almaniyanın Kansleri Olaf Şolts X şəbəkəsində paylaşımında bu barədə qeyd edib: “ABŞ Prezidentinin gömrük tarifləri barədə qərarını tamamilə yanlış hesab edirəm. Bu qərardan ABŞ da daxil olmaqla yalnız itirənlər olacaq. Almaniya və Avropa azad ticarəti dəstəkləyir. Biz maraqlarımızı müdafiə edəcəyik”.

Qeyd edək ki, Donald Trampın imzaladığı qərara əsasən, Aİ məhsullarına 20, Çindən idxala isə 34 faiz gömrük vergisi tətbiq olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Aprel 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri