Icma.az
close
up
RU
ABŞ prezidentinin rüsum siyasəti: Limanlar idxal olunan avtomobillərlə dolub daşdı

ABŞ prezidentinin rüsum siyasəti: Limanlar idxal olunan avtomobillərlə dolub daşdı

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Tramp Administrasiyasının idxal olunan avtomobillərə 25 faizlik rüsum tətbiq etməsi ABŞ limanlarının bu avtomobillərlə dolub-daşmasına səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşri məlumat verib.

Məlumata görə, bəzi limanlarda artıq bir neçə həftədən sonra vəziyyət kritikləşə bilər.

"Avtomobillərin satış (diler) mərkəzlərinə çatdırılmasının dayandırılmasını xahiş edən avtomobil istehsalçıları ABŞ və onların ticarət tərəfdaşları arasında hər hansı kompromisin əldə edilib-edilməyəcəyini gözləyirlər", - deyə FT sənaye sahəsinin rəhbərlərindən birinin sözlərini sitat gətirib.

Sənayenin bir çox nümayəndələri hələ də Trampın idxal olunan avtomobillərə tətbiq etdiyi rüsumların uzun müddət qüvvədə qalmayacağına ümid edirlər və bu da onlardan bəzilərini Avropa zavodlarından və ya limanlarından avtomobil tədarükünü dayandırmağa vadar edib.

Limanlarda avtomobillərin saxlanılması üçün ödənişlər yüksəkdir, buna görə də ixracatçılar nəqliyyat vasitələrini imkan daxilində ABŞ-nin gömrük anbarlarına aparmağa çalışırlar ki, burada rüsum ödəmədən müvəqqəti olaraq saxlaya bilsinlər. Bununla belə, ekspertlərin fikrincə, hətta dəmir yolu ilə gətirilən Kanada istehsalı bəzi avtomobillər Detroyt limanının girişində ilişib qalıblar.

Xatırladaq ki, Donald Tramp aprelin 2-də 185 ölkə və ərazidən olan məhsullara gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. 10%-lik universal rüsumlar aprelin 5-dən qüvvəyə minib, fərdi rüsumlar isə aprelin 9-dan qüvvəyə minəcək. Bundan əlavə, aprelin 3-dən ABŞ administrasiyası bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Aprel 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri