Icma.az
close
up
RU
ABŞ Qəzzanın bərpası üçün 60 milyard dollar ayıracağı iddialarını təkzib etdi

ABŞ Qəzzanın bərpası üçün 60 milyard dollar ayıracağı iddialarını təkzib etdi

Operativ MM portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Qəzza zolağının infrastrukturunun bərpası planı üçün büdcədən 60 milyard dollar qrant və kredit zəmanəti ayırmaq niyyətində olmadığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, ABŞ Dövlət Departamenti "X" sosial media platformasında yaydığı bəyanatda bu iddiaları təkzib edərək bildirib:

“Bu, saxta xəbərdir. Planın heç bir yerində ABŞ-ın 60 milyard dollar ödəyəcəyi göstərilmir”.

Bununla yanaşı, Dövlət Departamenti Fələstin anklavının bərpasına dair planın mövcudluğunu inkar etməyib.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən ABŞ Prezidentinin elçisi Stiven Vitkoff və prezidentin kürəkəni, sahibkar Cared Kuşnerin Qəzza zolağının yenidən qurulması üçün “Project Sunrise” adlı plan üzərində işlədiyini yazmışdı. Sözügedən layihənin məqsədi bombalanmış ərazini müasir bir metropolisə çevirməkdir. Qəzetin məlumatına görə, layihənin həyata keçirilməsi 10 il və təxminən 112,1 milyard dollar vəsait tələb edir.

Nəşr qeyd edib ki, planda maliyyələşməni hansı ölkə və şirkətlərin təmin edəcəyi, eləcə də yenidənqurma dövründə Qəzzada yaşayan 2 milyon fələstinlinin harada məskunlaşacağı barədə konkret detallar yer almır. Buna baxmayaraq, ABŞ-ın bu layihədə əsas oyunçulardan biri ola biləcəyi və ümumilikdə 60 milyard dollar dəyərində qrant və kredit zəmanətləri təqdim etməyə hazır olduğu iddia olunurdu.

Mənbələrin bildirdiyinə görə, plan artıq potensial donor ölkələrə — Körfəz dövlətlərinə, Türkiyəyə və Misirə təqdim edilib. Lakin ABŞ administrasiyası daxilində bəzi rəsmilərin həm HƏMAS-ın silahı yerə qoyacağına, həm də beynəlxalq investorların münaqişədən çıxmış bölgəyə böyük həcmdə vəsait yatıracağına şübhə ilə yanaşdığı vurğulanır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 22 Dekabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri