Icma.az
close
up
RU
ABŞ razılaşmağa çalışır, Çin rədd edir Nə baş verir?

ABŞ razılaşmağa çalışır, Çin rədd edir Nə baş verir?

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vaşinqton Çinin nüvə arsenalının məhdudlaşdırılmasıyla bağlı Pekini danışıqlara cəlb etməyə çalışsa da, bu alınmır. “Soyuq müharibə” illərində nüvə rəqabəti ABŞ-la keçmiş SSRİ arasında mövcud idi. Keçmiş illərdə Çinin nüvə arsenalı indiki səviyyədə olmadığına görə diqqəti cəlb etmirdi. Nüvə arsenalının azaldılmasıyla bağlı danışıqlar Vaşinqtonla Moskva arasında gedir, iki ölkə arasında müvafiq sazişlər imzalanırdı. Bu sazişlərə görə, ABŞ və keçmiş SSRİ nüvə başlıqlı raketlərin azaldılması barədə razılıq əldə edir və illər boyu buna əməl edirdilər. Çin bu razılaşmaların kənarında qalırdı. Bu isə Çinə imkan verirdi ki, nüvə başlıqlı raket istehsalını istədiyi səviyyədə artırsın.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Vaşinqton bir müddət sonra Çinin nüvə arsenalının artdığını müşahidə edərək raketlərin sayının azaldılması barədə danışıqlara Rusiya ilə yanaşı Çinin də qoşulmasını istədi. Ancaq Vaşinqtonun son illərdə həyata keçirdiyi bu siyasət nəticə vermədi. Çünki Pekin Vaşinqtonun təkliflərini qəbul etmir. Vaşinqtonun təkliflərinə hər dəfə rədd cavabı verən Pekin nüvə arsenalını ABŞ və Rusiyadanın səviyyəsinə çatdırmaq istəyir.

ABŞ-ın kəşfiyyat məlumatlarına görə, Çin yaxın illərdə qitələrarası ballistik raket istehsalını, bunun üçün müvafiq mərkəzlərin və mobil raket komplekslərinin sayını dəfələrlə artıracaq. Çin eyni zamanda hərbi dəniz qüvvələrinin nüvə silahlarıyla təhcizatını da gücləndirib. Bu vəziyyət ABŞ-ın hərbi strategiyasına ciddi təhlükələr yaradıb. Buna görə də Vaşinqton Pekini nüvə arsenalı və ballistik raketlər mövzusunda diplomatik danışıqlara cəlb etməyə çalışır. Çünki Çin nüvə arsenalını artırdıqca ABŞ da eyni siyasəti aparmaq məcburiyyətindədir. Çinin artan hərbi və nüvə gücü ABŞ-ın hərbi resurslarının əsaslı hissəsini Hind və Sakit okean bölgəsinə yönəltməyi məcbur edib. ABŞ eyni zamanda bu bölgədəki müttəfiqləri, o cümlədən Yaponiya ilə hərbi-strarteji əməkdaşlığı genişləndirməyə qərar verib. Təsadüfi deyil ki, Vaşinqton Yaponiyanın raket arsenalını, hətta nüvə silahına malik olma müzakirələrinə yaşıl işıq yandırıb.

Çin nüvə arsenalını gücləndirməklə kifayətlənməyərək ballistik raket sınaqlarının sayını artırıb. Çin bu ilin iyul ayında Sakit okeanda nüvə sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib. Bu sınaq Yaponiya, Avstraliya və Yeni Zelandiya Asiya və Sakit okean bölgəsindəki ada dövlətlərində, o cümlədən Tuvaluda ciddi narahatlıq yaradıb. Kiçik ada dövlətləri birgə bəyanat yayaraq, Çinin xəbərdarlıq etmədən bölgədə ballistik raket sınaqlarını qəbuledilməz olduğunu vurğulayıblar.

Bu narahatlığa baxmayaraq, Çin hərbi strategiyasını dəyişdirməyəcək”, - politoloq vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Avqust 2026 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri