Icma.az
close
up
RU
ABŞ rəsmilərinin internetə sızdırılan qalmaqallı yazışması ilə bağlı məhkəmə qərarı verildi

ABŞ rəsmilərinin internetə sızdırılan qalmaqallı yazışması ilə bağlı məhkəmə qərarı verildi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ məhkəməsi ölkə rəsmilərinin husilərə endirəcəkləri zərbələrlə bağlı müzakirələr apardığı "Signal" söhbət çatındakı mesajlarının saxlanılmasına qərar verib.

Bu barədə Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu qərar çatdan mesajların silinməsinin hökumət sənədlərinin saxlanılması qaydalarını pozduğunu iddia edən ABŞ-nin "American Oversight" insan haqları təşkilatının müvafiq tələbindən sonra verilib. "American Oversight" iddia edib ki, müvafiq icazə olmadan "Signal"dan istifadə edilməsi federal hökumətin qeydləri haqqında qanunu pozur.

Hakim Ceyms Boasberq qərar verib ki, iddia üzrə cavabdeh şəxslər yazışmaların saxlanılması üçün bütün tədbirləri görməlidirlər.

Bildirilir ki, məhkəmə qərarı Pentaqonun rəhbəri Pit Heqset, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent və dövlət katibi Marko Rubioya şamil edilir. Qərara əsasən, onlar martın 11-dən 15-nə qədər, yəni rəsmilərin Yəmən husilərinə qarşı hücumu planlaşdırdığı zamana aid olan yazışma məlumatlarını qorumalıdırlar.

Həmçinin qeyd edilir ki, daha əvvəl çat parametrlərinin bütün yazıların dərc edildikdən bir həftə sonra avtomatik olaraq silinməsi üçün konfiqurasiya edildiyi güman edilirdi. Lakin sonradan məlum olub ki, ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Uolts bu parametrləri dəyişdirib və yazışmalara dörd həftə ərzində baxılması mümkündür.

Xatırladaq ki, ABŞ-nin "American Oversight" insan haqları təşkilatı ölkənin müdafiə naziri Pit Heqset, milli kəşfiyyatın direktoru Tulsi Qabbard və daha üç nəfərə qarşı Kolumbiya dairəsinin federal məhkəməsində iddia qaldırıb. Buna səbəb onların Yəmən husilərinə qarşı hərbi əməliyyatları müzakirə etmək üçün "Signal" mesencerindən istifadə etmələri olub. Heqset və Qabbarddan başqa, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, ABŞ-nin maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio, həmçinin Milli Arxivlər və Sənədlər İdarəsi (NARA) də iddiada cavabdeh qismində göstərilib. İddiaçıların sözlərinə görə, bu və ya digər məsələlərin müzakirəsi üçün mesencerlərdən istifadə edildiyi zaman dövlət qulluqçuları mesajların surətini çıxarmalı və rəsmi informasiya sisteminə ötürməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Mart 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri