Icma.az
close
up
RU
ABŞ Rusiya yaxınlaşması və Ukraynanın ehtimal yalnızlığı Avropanı öz ordusunu qurmağa məcbur edir

ABŞ Rusiya yaxınlaşması və Ukraynanın ehtimal yalnızlığı Avropanı öz ordusunu qurmağa məcbur edir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Çexiyanın baş naziri Petr Fial Avropanı öz müdafiəsinə daha çox diqqət yetirməyə çağırıb. Petr Fiala görə, “Avropa uzun müddətdir buna məhəl qoymur”. Bəzi Aİ və NATO ölkələrinin liderləri arasında Parisdə keçirilən görüşün nəticələrindən belə nəticə çıxır ki, Avropa öz müdafiəsinə daha çox vəsait ayırmalıdır. Baş nazirin sözlərinə görə, Avropanın gücləndirilməsi, xüsusilə Volodimir Zelenskini “seçkisiz diktator” adlandıran ABŞ prezidenti Donald Trampın son bəyanatları ilə bağlı zəruridir.

Danimarka hakimiyyəti də 2033-cü ilə qədər olan dövr üçün müdafiə ehtiyacları üçün 17 milyard dollar ayırmağa hazırlaşır. Danimarka bir sıra digər Aİ dövlətləri ilə birlikdə Aİ-yə müdafiəyə daha çox sərmayə qoymağa imkan verəcək daha yumşaq büdcə qaydalarının tərəfdarıdır.

Qısa tarix: Avropa Ukraynanı Rusiyaya qarşı qalxan kimi istifadə etdi. ABŞ pulunu "çıxarmaq" üçün Ukraynadan rezerv istədi. Borc içində boğulan Ukrayna Qərbin və ABŞ-ın siyasi hərbi dəstəyini vaxtında yetərincə ala bilmədi deyə müharibə müddətində bir addım irəli, iki addım geri atmalı oldu. İndi ABŞ özü sülh masası qurub, həm Avropadan, həm Rusiyadan, həm də Ukraynadan bacardığı qədər "qazanmaq" üçün çalışır.

Politoloq Kazım Kazımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı da, Avropa qitəsinin özü də İkinci Dünya müharibəsindən sonra iki "çətir" - Qərbi Avropa NATO, Şərqi Avropa da Vaşava Müqaviləsi paktı çətiri altına girdi: “1991-ci ilin sentyabrında Varşava paktı dağıldı və Şərqi Avropanın bir çox ölkəsi də, NATO çətirinin altına girdi və beləcə, Avropa da, Avropa İttifaqı da bir az rahat həyat şəraitinə keçdi. Çünki müdafiə xərclərinə az resurs qoydular. Demək olar ki, bir çox Avropa ölkəsində ABŞ-nin hərbi qüvvələri bərqərar oldu və beləcə, onlar rahat şəkildə  yaşadılar, hərbiyə ayrılacaq maliyyəni də digər sahələrə işlətdilər”.

Kazım Kazımov

Politoloqun fikrincə, dünyada rollar və tarixi qırılma nöqtələri dəyişir: “Artıq soyuq müharibə bitib və soyuq müharibədən sonrakı böhran dönəmi də bitib və dünya yeni əlaqələr dönəminə girir”.

Kazım Kazımovun fikrincə, ABŞ-dəki yeni hakimiyyətin, Avropada "çətir"in müəyyən dərəcədə işləksizliyini və öz funksiyalarını itirdiyini görən qüvvələr yeni yollar axtarışındadır.

Politoloq hesab edir ki, bu prosesləri Ukraynadakı müharibələr sürətləndirdi və Ukrayna müharibəsinin sürətləndirilməsi səbəbilə artıq Çexiya, Danimarka və digər Avropa ölkələri öz müdafiə xərclərini artırmağa çalışır.

“Fransanın kifayət qədər hərbi büdcəsi var. Lakin Makron da tez-tez çıxışlarında "Avropa Ordusu"ndan və Avropanın öz müdafiə qabiliyyətinin yüksəldilməsindən bəhs edir. Çünki Ukrayna müharibəsi onlar üçün ciddi bir siqnal oldu. Onlar Rusiya təhlükəsindən çəkinirlər. Bir də ABŞ-nin bundan sonra hansı addım atacağından çəkinirlər. ABŞ Avropanın müdafiə öhdəliyini öz üzərinə götürməsə, Avropa üçün gələcəkdə daha ciddi təhlükələr doğa bilər. Avropa təxirəsalınmaz şəkildə öz müdafiə qabiliyyətini gücləndirməlidir.

Avropada 1945-ci ildən bu tərəfə bir çox ölkənin hərbi ənənəsi itib, bir çox ölkədə artıq həqiqətən də hərbi məsələlərə strateji baxış yoxdur və orduları da simvolikdir. Bu ölkələr 10 illərdir ki, hərbi əməliyyatlar keçirmir. Onların liderləri xalqa “biz sizin sosial haqlarınızdan və həyatınıza təsir edəcək digər faktorlardan kəsib mövcud büdcəmizi orduya yönəldəcəyik” demir. Bu, onların populyarlığına zərbə vura bilər. Bunun üçün Avropa komfort, yoxsa müdafiə dilemması qarşısında qalıb”-deyən politoloq qeyd edib ki, bu vəziyyət Avropanın daha ciddi şəkildə müzakirə edəcəyi bir məsələdir və əslində Ukrayna müharibəsinin necə sonlanacağı da bu yoldakı ən böyük suallara cavab olacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri