ABŞ Rusiyanın kölgə donanmasına qarşı yeni sanksiyalar hazırlayır Reuters
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Reuters" agentliyinin mənbəsi bildirib ki, Co Bayden administrasiyası barreli 60 dollardan çox qiymətə satılan nefti daşıyan tankerlərə qarşı sanksiyalar hazırlayır. Digər həmsöhbət əlavə edib ki, Rusiya neftinin müəyyən olunmuş limitdən artıq satışına kömək edən şəxslərə məhdudiyyətlər qoyula bilər.
Agentliyin məlumatına görə, Vaşinqton, həmçinin bu cür əməliyyatlarla əlaqəli olan Çin banklarına qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.
Dekabrın ortalarında “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, G7 ölkələri Rusiya neftinin qiymət həddini indiki 60 dollardan təxminən 40 dollara endirə bilər. Bundan başqa, dövlətlər Rusiya xam neftinin emalına tam qadağa qoyulması imkanını da nəzərdən keçirirlər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















