ABŞ Rusiyanın Ukrayna ilə bağlı niyyətlərinin səmimiliyini yoxlayacaq
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində deyib ki, ABŞ Rusiyanın Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq istəyində səmimi olub-olmadığını yoxlayacaq.
“Bilmirəm. Düşünürəm ki, biz bunu yoxlayacağıq", - dövlət katibi Moskvanın niyyətlərinin səmimiliyi ilə bağlı suala cavab verib.
O əlavə edib ki, nizamlanmanın detalları Amerika və Rusiya diplomatları tərəfindən müzakirə olunacaq.
Bundan əlavə, Rubionun sözlərinə görə, ABŞ Ukraynadakı münaqişənin həlli məsələsində, o cümlədən xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində Kiyevlə daimi təmasdadır. O, son altı gündə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə iki dəfə danışdığını vurğulayıb.
Bundan əvvəl Ukraynanın Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərinə hazırlaşdığı bildirilirdi.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Fevral 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















