Icma.az
close
up
RU
ABŞ sanksiyaları yumşaldacaq, yoxsa sərtləşdirəcək?

ABŞ sanksiyaları yumşaldacaq, yoxsa sərtləşdirəcək?

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaqani CƏFƏRLİ

Donald Trampın hakimiyyəti dönəmində ABŞ-nin hansısa ölkəyə qarşı siyasətinin necə olacağını müəyyənləşdirmək mümkün deyil. Nüfuzlu "Bloomberg" agentliyinin məlumatına görə, Trampın müşavirləri Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Kremli danışıqlara təşviq etmək məqsədilə Rusiyaya qarşı sanksiyaların yumşaldılması variantlarını müzakirə edirlər. Məlumata görə, Rusiyanın enerji sektoruna qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılması da müzakirə mövzusudur. Ağ ev bu məlumatı rəsmən nə təsdiq, nə də təkzib edir. Belə görünür ki, rəsmən təsdiqlənməyən belə məlumatların yayılması da Trampın siyasətinə uyğundur. Belə məlumatların özü də tərəflərdən birinə münasibətdə "kökə siyasəti", digərinə qarşı münasibətdə isə "kötək siyasəti" effekti doğura bilər.

Məhz belə məlumatların nəticəsidir ki, sanksiyalar rəsmən ləğv edilmədiyi halda rusiyalı iş adamları amerikalı tərəfdaşları ilə əlaqələri bərpa etmək üçün danışıqlar aparmağa başlayıblar. Ağ evlə Kreml arasında münasibətlərin bərpa olunacağı ilə bağlı məlumatların artdığı bir zamanda ABŞ Senatının Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun qəbul edə biləcəyi gündəmə gəlib. Trampın təmsilçisi olduğu Respublikaçılar Partiyasından nüfuzlu senator Lindsi Qremin təqdim etdiyi qanun layihəsi Vladimir Putinin güzəştə getməyəcəyi və danışıqlar masasına oturmayacağı halda Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsini nəzərdə tutur. Senator Lindsi Qremin sözlərinə görə, qanun bu həftə Konqresə təqdim olunacaq. Senator Qrem bəyan edib ki, onun əsas məqsədi Moskvanı danışıqlara məcbur etməkdir: "Əgər onlar Tramp administrasiyası ilə atəşkəs və sülh danışıqlarına razılaşmasalar, biz sanksiyalarla onlara cəhənnəmi yaşadacağıq".

Senator Qrem Tramp administrasiyasını Ukraynaya silah göndərilməsini və kəşfiyyat məlumatlarının verilməsini də bərpa etməyə çağırıb.

Senator Lindsi Qremin bu təşəbbüsü, Trampın Rusiyaya münasibətdə ritorikasını sərtləşdirməsi təsadüfi deyil. Tramp administrasiyasına və Respublikaçılar Partiyasının Konqresdəki təmsilçilərinə çox böyük təzyiq var. Elə bir vəziyyət yaranıb ki, Senatdakı müzakirələrdə Tramp administrasiyasının təmsilçiləri ABŞ prezidentinin Rusiyanın agenti olub-olmadığı ilə bağlı sərt sualla üzləşməli olurlar. Demokratlar Partiyasının təmsilçiləri Konqresin hər iki palatasında azlıqda olsalar da, Tramp administrasiyasına çox böyük təzyiq göstərə bilirlər. Mətbuat və vətəndaş cəmiyyəti təşkilatları da Tramp administrasiyasını sərt şəkildə mühakimə edir. Artıq elə bir vəziyyət yaranıb ki, Tramp administrasiyasının ən yüksək vəzifəli şəxsləri belə cəmiyyətin güclü təzyiqi altında olduqlarını bəyan etməyə başlayıblar. Trampın prezident vəzifəsinin icrasına başlamasının hələ iki ayı tamam olmayıb. Qarşıda isə 46 aydan çox vaxt var. Respublikaçılar Partiyasında anlayırlar ki, belə gərginlik onların əleyhinə işləyir. Bu gərginliyin əsas səbəbi isə Tramp administrasiyasının Rusiyanın Ukraynaya qarşı müharibəsində tutduğu yanlış mövqedir. Ağ evdə və Respublikaçılar Partiyasının rəhbərliyində anlayırlar ki, vəziyyəti yumşaltmaq lazımdır. Ona görə də Rusiyaya qarşı bir sıra addımlar atılmağa başlanılıb. Əgər seçicilərin təzyiqi belə davam edəcəksə, Tramp admin,strasiyası və Konqresdəki respublikaçı çoxluq Rusiyaya güzəştə gedə bilməyəcək. Çünki onların siyasi karyerası seçicilərdən asılıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri