ABŞ səfirliyi Azərbaycan vətəndaşlarına vizaların verilməsinin dayandırılması barədə xəbərlərə münasibət bildirib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün immiqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 15 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















