Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Bakıda dəhşətli dava: Mağaza sahibinin qulağını dişlədi

Bakıda dəhşətli dava: Mağaza sahibinin qulağını dişlədi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunda 1982-ci il təvəllüdlü Cavad şəxsi münasibətlər zəminində mağaza sahibi Nihadı bıçaqlanıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il oktyabrın 6-da rayonunun Bəhruz Kəngərli küçəsində yerləşən “Həsənoğlu market” mağazasının qarşısında baş verib. 
Cavad həmin mağazanın sahibi olan qonşusu Sakit ilə idarə etdiyi “VAZ 2104” minik markalı avtomobillə qeyd olunan mağazanın qarşısından keçərkən Nihad söyüş söydüyü üçün onunla mübahisə edib. 
Aralarında baş vermiş münaqişə zamanı o, Nihadın sol qulaq nahiyəsini dişləyərək ona xəsarət yetirib. Sonra məlum olmayan dəmir predmetlə qəsdən müxtəlif nahiyələrinə bir neçə zərbə yetirib. 
Hadisəni törədən Cavadın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Cavad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Nihadı çoxdan tanıyır və onunla münasibəti yaxşı olub: “Nihad qonşuluqda mağaza işlədir. Bir dəfə onun mağazasından ustalar üçün 18 manatlıq yemək aldım. Bu zaman ona pulunu axşam verəcəyimi bildirdim. Lakin elə oldu ki, həmin gün yenidən oraya qayıda və Nihadın pulunu verə bilmədim. Səhəri gün gələndə orada olan camaatın içində yüksək səslə “adam kişi olar, sözünü niyə tutmursan, pulu niyə vermədin?” dedi. Bundan sonra bizim münasibətlərimiz pozuldu. Elə həmin gün də Nihadın pulunu verdim. Bir neçə gün sonra Nihadın mağazası ilə üzbəüz yerləşən təsərrüfat sahəsinə gələndə yanımda Sakit adlı şəxs də olub. Sakit mənə təsərrüfat sahəsində dərmanları və aparatının qaldığını, onu götürmək istədiyini dedi. Bu zaman maşınla küçədə sürətlə dönüş etdim. Sakit qapını açmaq üçün maşından düşdü. Lakin qapı içəridən bağlı olduğu üçün işçilərə zəng etdi ki, qapını açsınlar. Lakin onlar bir az gec gəldilər. Bu vaxt Nihad olduğum maşına yaxınlaşdı, mağazasının qabağında maşını nəyə görə yüksək sürətlə sürməyimi, yüksək tonda danışmağımı irad tutdu. Bundan sonra aramızda mübahisə düşdü. Bu vaxt Nihadın mağazasında satıcı işləyən oğlan arxa tərəfdən yaxınlaşaraq qolumu tutdu, ayağımdan vuraraq məni yerə yıxdı. Həmin vaxt Nihad da üstümə cumdu, əli ilə boğazımdan tutdu. Nihadın qulağını dişlədiyimi hiss etmədim. Qulağı dişləməmişdən əvvəl maşının altına girərək davadan yayınmaq istədim. Lakin satıcı buna imkan vermədi. Bizi digər qonşu gələrək ayırdı. Nihadı öz mağazasına apardı. Məni də təsərrüfat sahəsinin içərisinə saldı. Təxminən 15 dəqiqə sonra maşınıma minərək oradan getdim. Nihad əlində ucu kəsilmiş truba ilə üstümə cumdu. Sol tərəfdən həmin truba ilə məni vurmaq istəyəndə, mən arxaya çəkildim. Oturacaq sındığı üçün truba başıma dəymədi. Əgər həmin vaxt oturacaq sınmasaydı, truba mənim boğazımı kəsə bilərdi. Nihadın əlindəki trubanı alandan sonra o, daş parçasını götürərək üstümə atdı. Bundan sonra Nihadın ayağından təpiklə vurdum. Sonra satıcı trubanı götürərək harasa atdı. Daha sonra maşını apararaq həyətdə saxladım”. 
İş üzrə zərərçəkmiş Nihadın sözlərinə görə, Cavad onun mağazasının qabağında yerləşən fermada işləyib: “Mənim Cavadla heç bir ədavətim olmayıb. Yaşadığım evin birinci mərtəbəsində market işlədirəm. Oktyabrın 6-da, gecə təxminən saat 24 radələrində Cavad yüksək sürətlə idarə etdiyi avtomobili evimin qarşısında təhlükəli manevrlər edərək fermanın qarşısında saxladı, təhqiredici sözlərlə fermada işçisini çağırdı. Mən də Cavada yaxınlaşaraq məhəllədə söyüş söyməyə görə iradımı bildirdim. Cavad içkili olduğu üçün mənimlə mübahisə etməyə başladı və biz bir-birimizlə tutaşdıq. İtələşərkən yerə yıxıldıq və Cavad mənim sol qulağımı dişləyərək yarısını qopartdı. Sonra qonşularımız araya girərək bizi ayırdı. Cavad fermanın həyətinə girdi, mən isə marketə girərək salfetka ilə qulağımın qanını kəsdim. Sonra marketin çölündə olan dəmir parçasını götürərək Cavadın maşınının sol yan şüşəsinə vurdum. Cavad avtomobildən düşərək üstümə gəldi və yerdən kubik daşını götürərək mənə tərəf atdı. Lakin qaçan zaman yerə yıxıldım. Cavad yerdə belimin sağ yan tərəfindən, müxtəlif yerlərimdən dəmir parçası ilə vurdu. Cavadın əlindən dəmir parçasını satıcı Əli alaraq yerə tulladı. Cavd öz avtomobili ilə ordan uzaqlaşdı. Mən isə ayağa qalxdım və qulağımın yarısının olmadığını gördüm. Bu zaman yadımda qalmadığım şəxs yerdən qulağımın yarısını taparaq gətirdi. Mən də qulağımı yuyaraq qardaşım Əmraha zəng etdim və hadisə barədə məlumat verdim. Həkimə gedərək qulağımı tikdirmək istədiyimi bildirdim. Əmrah toydan gəldi və İbrahim adlı şəxsin kafesinin qarşısında rastlaşdıq. Oradan Əmrahla xəstəxanaya getdik. Sonra məni təcili yardım maşını ilə M.Nağıyev adına xəstəxanaya apardılar və orada qulağımı tikdilər. Lakin həkim mənə qığırdaq hissəsi olduğu üçün qulağımın birləşmə imkanının 1 faiz olduğunu bildirdi. Bir aydan sonra yenidən həkimə getdim. Həkim qulağımın birləşmədiyini və çürüdüyünü dedi. Mən  həkimdən bunun necə müalicə olunacağını və xərcini soruşdum. Həkim bu əməliyyat üçün bədəndən qığırdaq götürülməli, əvvəlcə bir dəfə əməliyyat edilməli olduğunu, təxminən bir il müalicə edildikdən sonra təkrar əməliyyat lazım olduğunu, yalnız bundan sonra estetik əməliyyat oluna biləcəyini söylədi. Bunun üçün təxminən 12 min  manat lazım olduğunu bildirdi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavad 3 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:297
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri