Icma.az
close
up
RU
ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan vasitəsilə tərk etməyi tövsiyə edib KONKRET

ABŞ səfirliyi vətəndaşlarına İranı Azərbaycan vasitəsilə tərk etməyi tövsiyə edib KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

ABŞ-ın İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara İranı tərk etməklə bağlı çağırış edib.

KONKERT.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi veb-saytında bildiriş yerləşdirilib.

“ABŞ vətəndaşları heç bir halda İrana səfər etməməli və hazırda orada olanlar ölkəni dərhal tərk etməlidirlər. İranı tərk etmək imkanına malik olmayan şəxslər isə uzun müddətlik sığınacaq şəraitində qalmağa hazır olmalıdırlar”, – deyə məlumatda qeyd olunub.

Bildirişdə xatırladılıb ki, ABŞ-ın İranla diplomatik və konsulluq əlaqələri mövcud deyil və Vaşinqtonun maraqlarını bu ölkədə İsveçrə təmsil edir.

Səfirlik amerikalı vətəndaşlara İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədlərindən keçməklə tərk etməyi tövsiyə edir.

“Azərbaycanın quru sərhədləri əsasən bağlı qalsa da, 15 iyun tarixində ABŞ vətəndaşlarının xüsusi icazə əsasında Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil olması mümkündür”, – deyə virtual nümayəndəlik qeyd edib.

Eyni zamanda, amerikalıların Astara sərhədinə yollanmadan öncə Azərbaycan hökumətindən icazə almalarının vacibliyi vurğulanıb. Bildirilib ki, bu proses ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən təşkil edilməlidir.

Sonda nümayəndəlik Azərbaycana keçmək niyyətində olan şəxslərə ABŞ-ın Bakıdakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Qeyd edək ki, Astara sərhəd-keçid məntəqəsi xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün açıq saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 İyun 2025 05:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see167

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see163

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see149

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see119

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri