ABŞ səlahiyyətliləri Maskı və şirkətini yoxlamağa başladılar
Icma.az, Publika.az saytına istinadən bildirir.
ABŞ federal hakimiyyət orqanları "SpaceX" və onun rəhbəri İlon Maskın məxfiliyin pozulması iddiaları ilə bağlı yoxlamalar aparmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət ABŞ Hərbi Hava Qüvvələri (HHQ), Müdafiə Nazirliyinin baş müfəttişi və müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini tərəfindən həyata keçirilən üç yoxlamadan gedir.
"SpaceX" şirkətinin və onun rəhbərinin dövlət sirrini qorumağa yönəlmiş məlumatların açıqlanması qaydalarına əməl etməsini təmin etmək üçün yoxlanılır. Nəşr qeyd edir ki, Mask və onun təşkilatı dəfələrlə federal qaydalara əməl etməyib. Məsələn, onlar xarici liderlərlə görüşlərinin bəzi təfərrüatlarını açıqlamayıblar.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Dekabr 2024 01:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















