Husilərin Ər Riyada doğru atdığı ballistik raket vurulub
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndəki husilərin Ər-Riyad istiqamətində atdığı ballistik raketi vurub.
APA xəbər verir ki, bu barədə koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki məlumat verib.
Türki əl-Maliki bildirib ki, koalisiya husilərin ölkənin şərq əyaləti istiqamətində atdığı daha iki ballistik raketi də məhv edib. Raketlərin vurulması zamanı yerə düşən qəlpələr nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.
Türki əl-Maliki husilərin Cazan şəhərinə hücumlar zamanı istifadə etdiyi Yəmənin Səada bölgəsindəki ballistik raket buraxılış qurğusunun məhv edildiyini də açıqlayıb.
Bundan əvvəl noyabrın 28-də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələrinin Yəməndəki husilərin ölkə ərazisinə, ər-Riyada doğru buraxdığı qanadlı raketi ələ keçirərək məhv etdiyi açıqlanıb.
Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında silahlı qarşıdurma davam edir.
Noyabrın 17-də husilər Səudiyyə Ərəbistanının koalisiya qüvvələrinin Sənaya yeni zərbələr endirdiyini bildirmiş, buna cavab olaraq krallığın hava məkanını döyüş zonası elan etmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 29 Noyabr 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















