Icma.az
close
up
RU
ABŞ senatorlarının Azərbaycanda “300 spartalı” axtarışı

ABŞ senatorlarının Azərbaycanda “300 spartalı” axtarışı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Yaxud regional sülhü pozmaq istəyənlərin “fəallaşmalarına” sözardı

ABŞ-dakı anti-Azərbaycançı qüvvələrin vaxtaşırı “fəallaşmalarına” öyrəncəli olsaq da, onların hər dəfə irəli sürdükləri tezislərin cəfəng mahiyyətinə təəccüblənməyə bilmirik. Hazırda pis mənada təəccübləndirmək yolu tutan senator, Demokraylar Partiyasının Vermontdan olan nümayəndəsi Piter Uelçdir. Şimali Karolinanı Respublikaçılar Partiyasında təmsil edən Tom Tillis və daha bir demokrat, virciniyalı Tim Keyn isə onun sərsəm təşəbbüsünə qoşulub. 

Deməli, bu üçlük Prezident Donald Tramp administrasiyasına, konkret olaraq, ABŞ Dövlət katibi Marko Rubioya müraciət ünvanlayaraq bildirib ki, bəs ABŞ Cənubi Qafqaz regionunda sülhün qərarlaşmasına yardım məqsədi ilə Azərbaycanda saxlanılan 300-dən çox siyasi məhbusun azadlığa çıxmasına nail olmalıdır. 

Senatorların səfehləmələrində diqqət çəkən ilk məqam 300 rəqəmidir. Görəsən, onlar bu qərəmi haradan götürüblər? Cavab olaraq ağlımıza normal məntiqi yanaşmadan qaynaqlanan heç nə gəlmir. Düşünə bilərik ki, senatorlardan hansısa təzəlikcə qədim tarixdəki 300 spartalı haqqında oxuyub, onların igidliklərindən riqqətə gəlib və Birləşmiş Ştatlar rəhbərliyinə müraciətinə Azərbaycanda da eyni sayda siyasi məhbusun olduğu zoğallamasını əlavə edib. Ya da mümkündür ki, senatorlar təşəbbüslərini qüvvətləndirmək, sənədə obrazlı don geydirmək üçün tarixi rəqəm üzərində dayanıblar. Axı belələri üçün ambisiyaları naminə fakt amilini heçə saymaq su içimi qədər asandır. 

Əlqərəz, senatorlar Azərbaycanda, guya, davam edən özbaşına həbslər və lazımi hüquqi prosedurların təmin olunmaması praktikasından narahatlıqlarını ifadə edib və bu nəticəyə gəliblər ki, sən demə, Vaşinqton ilə Bakı arasında ikitərəfli münasibətlərin uğuru Azərbaycanın siyasi məhbusların azad edilməsi də daxil olmaqla, qarşılıqlı və vicdanlı öhdəliklər götürüb-götürməyəcəyindən asılıdır. Onlar müraciətlərində, həmçinin, ABŞ-Azərbaycanla tərəfdaşlığının uğurlu inkişafının demokratik institutların möhkəmləndirilməsinə, qanunun aliliyinə və fundamental hüquqların müdafiəsinə sadiqlik üzərində qurulmalı olduğu fikrini tirajlayıblar. 

Qeyd edək ki, adlarını çəkdiyimiz senatorların gündəmə gətirdikləri başqa cəfəng, ucuz populizmə hesablanmış fikirlər də var. Onlardan söz açmazdan əvvəl deyək ki, ayının min oyunu bir armudun başındadır. Yəni,  P.Uelç, Tom Tillis və Tim Keyn heç də elə-belədən “fəallaşmayıb”. Bu sərsəmləri, loru dildə desək, qaza gətirənlər Bakı-Vaşinqton təmaslarının gücləndiyini, həmçinin, regionda sülh quruculuğu proseslərinin dərinləşdiyini görür və obrazlı ifadə etsək, hərəkətdə olan qatarın çarxına çomaq salmaq niyyəti güdürlər. 

Bəli, senatorları qaza gətirənlər ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarıdır. Bu kəsimin təmsilçiləri Cənubi Qafqazdakı barış mühitini pozmaq və ABŞ-Azərbaycan münasibətlərinin hazırkı dinamikasına zərər yetirmək istəyirlər. Onların gündəmə gətirdikləri isə köhnə dövrün klişeləridir. Yəni, ortada köhnə klişelərlə həm də erməni avantürizmini qorumaq məqsədi var. Fikrimizi izah etmək üçün bir məqama nəzər salaq. 

Senatorlar gündəmə gətirdikləri fikirlərlə, faktiki olaraq, son zamanlar yenidən vüsət almış “Azərbaycanda saxlanılan erməni məhbuslar” şousuna “rəng qatırlar”. Təxminən belə: Azərbaycanda hamı qanunsuz olaraq həbsə atılır, erməni məhbuslar da həmçinin. Belə yanaşma əsil həqiqətləri pərdələməyə hesablanmış manipulyasiyadır. Əsil həqiqət isə budur ki, Bakı həbsxanalarındakı ermənilər hərbi cinayətkarlardırlar və onların qanuni cəzalarını çəkmələri haqq işidir. Əlbəttə, ABŞ qanunvericilərinin ölkədəki erməni lobbi və diaspor təşkilatlarından aldıqları haqq başqadır...

Əlqərəz, senatorların gündəmə gətirdikləri digər cəfəng fikirlərə gəlincə, bu baxımdan seçilmiş üsul yeni olsa da, ümumi mahiyyət yenə köhnədir. Nəzərə alaq ki, ABŞ-ın erməni kəsimi ölkəmizə qarşı qarayaxma kampaniyasını həm də “Azadlığa dəstək aktı”na 907-ci düzəliş fonunda aparır. Baxın, indi bu kəsimin ortaya atdığı senatorlar da 907-nin icrasının təxirə salınmasını, bir növ, Azərbaycana minnət kimi qabardırlar. Onlar bildirirlər ki, həmin maddənin tətbiqindən imtina qərarı ABŞ-ın daha geniş maraqlarının təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunun göstəricisidir və Birləşmiş Ştatlar addımını vicdanlı niyyətlə atdığından, sən demə, ölkə Bakıdan ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə analoji sadiqlik nümayişini tələb etməlidir. Yəni, “siyasi məhbusları” sərbəst buraxmaq sadiqlik imiş. Çox güman, senator üçlüyü hərbi cinayətkarları da azad etməyi bu prizmadan qiymətləndirir. Görəsən, başqa istəkləri varmı?   

Sonda onu da bildirək ki, senator libası geymiş ermənipərəstlərin hüquqi məsələləri xarici siyasət alətinə çevirdikləri aşkardır. Amma bu sayaq yanaşmalar ABŞ-da qeyri-adi praktika deyil. Yəni, Birləşmiş Ştatlar hakimiyyətləri uzun müddətdir insan hüquqları, demokratiya və qanunun aliliyini xarici siyasət və yardım mexanizmləri ilə əlaqələndirirlər. Şübhəsiz, senatorları cəfəngiyyatı tirajlamaq üçün “ilhamlandıran” məhz bu məqamdır. Üstəlik, onlar o qədər “riqqətə gəliblər” ki, özlərindən əvvəlki sərsəmlərin siyasi məhbuslarla bağlı ortaya atdıqları 254 rəqəmini 300-lə əvəzləyiblər. Əlbəttə, belələrindən olsa, toyuq oğrularını da siyasi məhbus adlandırarlar. 

Bildirdiklərimiz fonunda prinsipial sual da yaranır: Azərbaycanın daxili siyasi-hüquqi məsələləri ilə Ermənistan-Azərbaycan sülh prosesini bir paketdə birləşdirmək nə dərəcədə əsaslıdır? Belə yanaşma imtahanda yalnız bit barədə oxumuş tələbənin ona düşən balıq haqqındakı sualı bitlə əlaqələndirmək kimi uğursuz və bəsit cəhdinə oxşayır. Yəni, təxminən belə: balığın tükü olsaydı, tükdə bit olardı və sair ilaxır.

Tam aydındır ki, regional sülh dövlətlərarası münasibətlərin normallaşması, suverenlik, ərazi bütövlüyü, sərhədlərin delimitasiyası və təhlükəsizlik məsələlərini əhatə edən beynəlxalq münasibətlər prosesidir. Azərbaycan daxilində ayrı-ayrı cinayət işlərinin bu prosesə şərt kimi qoşulması sülh gündəliyinin genişləndirilməsi yox, əvvəldə də vurğuladığımız kimi, ona maneə törətmək cəhdidir və bu cəhdlərin təkrarlanacağını düşünürük. Axı Ermənistanın daxilində olduğutək, ölkə xaricində də regionda barış mühitinin qərarlaşmasını istəməyən qüvvələr var, bu, öz yerində. 

Ancaq indiki həssas məqamda faktiki anti-sülh niyyətləri ABŞ-da gündəmə gəlirsə, hesab edirik ki, rəsmi Vaşinqton belə hallara qarşı biganə yanaşmamalı, qətiyyətli və prinsipial mövqe tutmalıdır. Sözümüz ondadır ki, erməni fitnəsinə uyan, yağışdan sonra çıxmış göbələyi xatırladan senatorların əl-ayaq açmalarına, ictimai rəyi çirkləndirmələrinə yol vermək olmaz. Həm də o səbəbdən yol vermək olmaz ki, Cənubi Qafqazda barış və onunla bağlı olan proseslər Birləşmiş Ştatların hazırkı administrasiyasının da əlahiddə maraq dairəsindədir. 

Ə.CAHANGİROĞLU,

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri