Icma.az
close
up
RU
ABŞ Səudiyyə nüvə sazişinin PƏRDƏARXASI MƏQAMLARI

ABŞ Səudiyyə nüvə sazişinin PƏRDƏARXASI MƏQAMLARI

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə əməkdaşlığı ilə bağlı imzalanan saziş və onun mahiyyəti son vaxtlar ən çox müzakirə olunan geosiyasi məsələlər sırasındadır. Bu, təkcə iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması deyil, həm də regionun təhlükəsizlik arxitekturasına və nüvə balansına təsir göstərə biləcək mühüm addım kimi qiymətləndirilir. Atom enerjisinin dinc məqsədlərlə istifadəsini nəzərdə tutan saziş ABŞ energetika naziri Kris Rayt və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman tərəfindən imzalanıb. Bundan bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp sazişə yeni şərt əlavə edərək, onun həyata keçirilməsini Səudiyyə Ərəbistanının "İbrahim sazişləri"nə qoşulmasından və İsraillə münasibətləri normallaşdırmasından asılı vəziyyətə gətirib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Ər-Riyadın strateji hədəfi

Səudiyyə iqtisadiyyatını neftdən asılılıqdan çıxarmağı hədəfləyir və bu çərçivədə "Vision 2030" proqramı hazırlanıb. Bununla da enerji mənbələrinin şaxələndirilməsinə çalışılır. Bu strategiyada nüvə enerjisinin inkişafı da mühüm yer tutur. Ər-Riyad bildirir ki, məqsəd elektrik enerjisi istehsalını artırmaq, daxili neft istehlakını azaltmaq və ölkənin enerji təhlükəsizliyini möhkəmləndirməkdir. ABŞ isə Səudiyyə Ərəbistanının nüvə proqramının beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsində iştirak etməyə çalışır. Vaşinqton hesab edir ki, bu əməkdaşlıq ABŞ şirkətlərinin nüvə texnologiyaları bazarında mövqeyini gücləndirməklə yanaşı, Çinin və Rusiyanın regionda artan təsirini də məhdudlaşdıra bilər.

İran və İsrail prosesləri diqqətlə izləyir

Nüvə sazişi ətrafında əsas narahatlıq uranın zənginləşdirilməsidir. ABŞ uzun müddətdir ki, Səudiyyə Ərəbistanının öz ərazisində uranı zənginləşdirməsinə ehtiyatla yanaşır. Vaşinqton hesab edir ki, bu imkan gələcəkdə hərbi məqsədlər üçün istifadə oluna bilər. Ər-Riyad isə nüvə proqramının yalnız dinc məqsədlər daşıdığını vurğulayır.

Sazişin regional geosiyasi təsirləri də genişdir. İran uzun illərdir nüvə proqramı ilə bağlı beynəlxalq mübahisələrin mərkəzindədir. Səudiyyə Ərəbistanının mülki nüvə imkanlarını genişləndirməsi Tehran tərəfindən diqqətlə izlənilir. Ekspertlər hesab edirlər ki, regionun iki əsas rəqibi arasında strateji rəqabətin yeni mərhələyə keçməsi ehtimalı mövcuddur. Digər tərəfdən İsrail də bu prosesə xüsusi həssaslıqla yanaşır. İsrail ənənəvi olaraq Yaxın Şərqdə nüvə silahlarının yayılmasına qarşı sərt mövqe tutur.

Ərəb nüvə bombasının yaradılmasında ilk addım

İstənilən halda ABŞ-Səudiyyə Ərəbistanı müqaviləsi ərəb nüvə bombasının yaradılmasında birinci mərhələ kimi qiymətləndirilir. Yaxın Şərq Tədqiqatları Mərkəzinin direktoru İqor Semivolos hesab edir ki, əlavə enerji mənbələri Səudiyyə Ərəbistanına həqiqətən lazımdır. Ölkənin əhalisi tədricən artır, turist sayında pozitiv dinamika var, sənaye genişlənir, binaların kondisionerləşdirilməsi və dəniz suyunun duzsuzlaşdırılması daha çox elektrik enerjisi tələb edir. Atom elektrik stansiyaları ölkəyə sabit elektrik enerjisi mənbəyi verəcək, ixrac üçün daha çox yanacaq saxlamağa imkan yaradacaq və "Vision 2030" dövlət proqramı çərçivəsində iqtisadiyyatın yenidən qurulmasını dəstəkləyəcək. Səudiyyə hakimiyyəti təkcə reaktorları deyil, həm də mütəxəssislərin hazırlanmasını, uran hasilatını və bununla bağlı sənaye proseslərini inkişaf etdirməyi planlaşdırır.

Səudiyyə-ABŞ nüvə sazişi nədir?

İmzalanan saziş onlarla milyard dollar dəyərində qiymətləndirilir və 30 illikdir. Sənəddə ABŞ-nin Ər-Riyada nüvə texnologiyaları və bilikləri ötürəcəyi qeyd olunur. Eyni zamanda, ABŞ firmaları krallığın nüvə infrastrukturunun yaradılmasında əsas mövqe tutacaq. Saziş Çin və Rusiya kimi strateji rəqiblərin Səudiyyə iqtisadiyyatında təsirinin güclənməsinin qarşısının alınmasına yönəlib. Sənədin əsas benefisiarının bir giqavattdan çox elektrik enerjisi istehsal edə bilən nüvə reaktorlarına malik ABŞ şirkəti "Westinghouse Electric Company" olacağı gözlənilir.

Bəs saziş Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsini nəzərdə tuturmu?

Bu məsələ saziş ətrafındakı müzakirələrin mərkəzində yer alıb və ziddiyyətlərə səbəb olub. ABŞ rəsmilərinin bəyanatlarına əsaslanan KİV xəbərlərinə görə, saziş Səudiyyə Ərəbistanı ərazisində uranın zənginləşdirilməsi zavodunun tikilməsinə yol açır. Lakin bu, avtomatik hüquq deyil. Tərəflər belə bir obyektin zəruriliyini müəyyən edəcək iki illik birgə tədqiqatın aparılması barədə razılığa gəliblər.

Konqres sazişi bloklayacaq?

ABŞ Konqresi sazişin təqdim edilməsindən sonrakı 90 gün ərzində onu nəzərdən keçirəcək. Gözlənilir ki, sənəd həm demokratlar, həm də bəzi respublikaçılar tərəfindən etirazla qarşılaşacaq. Lakin Respublikaçılar partiyasının Konqresin hər iki palatasını nəzarətdə saxladığını nəzərə alsaq, saziş əleyhdarlarının lazımi səs çoxluğunu toplaması son dərəcə çətin görünür. Bununla belə, Trampın normallaşma ilə bağlı yeni şərtini nəzərə alsaq, sazişin ümumiyyətlə Konqresə təqdim edilib-edilməyəcəyi aydın deyil. Saziş Yaxın Şərqdə nüvə silahlanması yarışını təhrik edə bilər. Narahatlıq doğuran digər fakt odur ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün aparılan müharibənin qızğın vaxtında imzalanıb. Ər-Riyada uranı zənginləşdirməyə icazə verilməsi İranı öz nüvə proqramını daha da inkişaf etdirməyə təşviq edə bilər. Yüksək regional gərginlik şəraitində nüvə obyektlərinin təhlükəsizliyi ilə bağlı da narahatlıqlar mövcuddur. Sazişin gələcək taleyi tərəflərin təhlükəsizlik təminatları, beynəlxalq nəzarət mexanizmləri və regiondakı siyasi dinamika ilə sıx bağlı olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Avqust 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri