Icma.az
close
up
RU
ABŞ şirkəti Kubaya böyük həcmdə yanacaq göndərəcək

ABŞ şirkəti Kubaya böyük həcmdə yanacaq göndərəcək

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin "Vanguard Energy" ticarət şirkəti Kubaya 250 min barel həcmində dizel yanacağı və benzin tədarük etməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Metyu Klann "Bloomberg" agentliyinə müsahibəsində deyib. Bildirilib ki, bu, 1960-cı ildən bəri adaya edilən ən böyük ABŞ yanacağı tədarükü ola bilər. 100 min barel benzin və 150 min barel dizel yanacağından ibarət olacaq yük yalnız özəl sektorun ehtiyacları üçün nəzərdə tutulub. Hesablamalara əsasən, bu həcm təxminən 11 günlük standart tələbatı ödəmək üçün kifayət edəcək.

Agentlik qeyd edir ki, "Vanguard Energy" bundan əvvəl də Kubaya kiçik həcmlərdə benzin və dizel göndərib. Hazırda adaya yeni və daha böyük partiyanın çatdırılması məsələsi danışıqlar mərhələsindədir.

Şirkət artıq ABŞ bayrağı altında üzən gəmi icarəyə götürüb, Texasdakı neft emalı zavodu ilə razılaşma əldə edib və Kubada yanacağın saxlanması, eləcə də paylanması üçün xüsusi çənlər kirayələyib.

Qeyd edək ki, yanvar ayının sonlarında ABŞ administrasiyasının adaya yanacaq tədarükünün tam blokadasına yönəlmiş tədbirlər elan etməsindən sonra Kubadakı vəziyyət kəskin şəkildə pisləşib. Fevral ayından etibarən Vaşinqton Karib dənizi respublikasına qarşı bir neçə sanksiya paketi tətbiq edib ki, bu da adada böhranlı vəziyyətin yaranması ilə nəticələnib. Respublikada elektrik enerjisinin kəsilməsi saatlarla davam edir, bəzi bölgələrdə isə bu müddət bir sutka və daha çox olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 İyun 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri