Icma.az
close
up
RU
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq

ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Bakıda ABŞ nümayəndə heyəti ilə Azərbaycan tərəfi arasında keçirilən görüş və kommersiya müqavilələrinin imzalanmasından sonra Amerika şirkətlərinin Azərbaycana 8 milyard dollar həcmində sərmayə yatıracağı açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İnvestisiyaların əsasən enerji sektoruna yönələcəyi bildirilir.
Məlumata görə, rəsmi Vaşinqton Azərbaycanın enerji infrastrukturunda iştirakını genişləndirməyi, xüsusilə Avropanın enerji təhlükəsizliyində ölkənin rolunu artırmağı hədəfləyir. ABŞ tərəfi Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyinin gücləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.
Görüşdən sonra açıqlama verən ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orr bildirib ki, ABŞ Azərbaycanın Avropaya və digər bazarlara çıxışı təmin edən Orta Dəhlizdə mərkəzi enerji qovşağına çevrilməsinə dəstək göstərəcək. Onun sözlərinə görə, bu əməkdaşlıq enerji layihələri ilə yanaşı, regional logistika və nəqliyyat imkanlarının inkişafına da töhfə verəcək.
Amerikanın enerji nəhəngləri “Şevron” (“Chevron”) və “EksonMobil” (“ExxonMobil”) ikitərəfli əməkdaşlıq çərçivəsində fəal iştirak edəcək. Hələlik hər iki şirkətin sərmayə həcmi ayrı-ayrılıqda açıqlanmasa da, Bakı Enerji Həftəsi zamanı “Şevron”un yeni neft və qaz yataqlarının kəşfiyyatı üzrə müqavilə imzaladığı qeyd olunur. “EksonMobil” isə ötən il Azərbaycanda yeni yataqların araşdırılması ilə bağlı anlaşma memorandumu imzalayıb.
Müşahidəçilər hesab edir ki, bu investisiya paketi Azərbaycanın enerji ixrac marşrutlarının şaxələndirilməsi, xüsusilə Avropa bazarına çıxış imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, ikitərəfli iqtisadi dialoq bu ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalandığı bildirilən Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində aparılır.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 04 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri