Icma.az
close
up
RU
ABŞ siyasətində YENİ DÖNƏM Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...

ABŞ siyasətində YENİ DÖNƏM Ukrayna sülhə məcbur edilir, İran və Çin isə...

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ seçilən növbəti Prezidenti Donald Tramp özünün seçkiqabağı təbliğatı zamanı xarici siyasətdə bir sıra problemlərin həllinə nail olacağını vəd edib. İlk növbədə o, Ukrayna müharibəsinə son qoyacağını deyib. Özü də münaqişəni qısa zamanda dayandıracağının anonsunu verib.
 

MÖVZU İLƏ BAĞLI:
Tramp gəldi, dollar YÜKSƏLDİ – Manatı nə GÖZLƏYİR?


Qeyd edək ki, Bayden dövründən Trampa dünyada cərəyan edən bir neçə müharibə ocağı qalıb. Bunlar Ukraynada və Yaxın Şərqdə gedən müharibələrdir. Bundan başqa, digər ocaqlarda müharibə olmasa da müəyyən gərginliklər hiss olunmaqdadır. Xüsusən də, Çinlə Tayvan, Şimali Koreya ilə Cənubi Koreya arasında da hər an savaş alovlana bilər.
Hər halda Tramp bir çox münaqişələrə son qoyacağını vəd edib.
Maraqlıdır, onun hakimiyyəti dövründə hansı münaqişələr bitə bilər? Yaxud hansı ərazilərdə yeni müharibələrin başlaması gözlənilir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Abutalıb Səmədovun fikrincə, Kiyevə təzyiq etməklə Tramp Ukrayna müharibəsini dondura biləcək:  
“Tramp seçkiqabağı kampaniya dövründə Ukrayna müharibəsini 24 saata bitirəcəyini bildirib. Bu onun açıq şəkildə bitirmək istədiyi yeganə münaqişədir. Ukrayna müharibəsinin həll yolunu da müxtəlif məsələlərlə əsaslandırdı. Gah dedi neftin qiymətinin 40 dollara salınması ilə Rusiya məhv olacaq. Gah da bildirdi ki, Kiyev və Moskvaya təzyiqlər göstərib, onları sülhə getməyə məcbur edəcək.
Onun bu addımları alına bilərmi? Təbii ki, alına bilər. Ancaq Rusiyaya təzyiq etmək qeyri-mümkündür. Burada Trampın imkanları çox aşağıdır. Bu əsasda çox güman ki, Tramp Ukraynaya təzyiq göstərəcək və işğal altında olan ərazilərdən imtina etmək hesabına sülhə nail olmağa cəhd göstərəcək”.
Həmsöhbətimiz İsrail Fələstin məsələsində sülhün yaxn zamanlarda əldə olunacağına inanmır:
“Yeri gəlmişkən Yaxın Şərq regionunda ziddiyyətlərin artmasında Trampın da kifayət qədər xidmətləri olub. Onun Fələstinə münasibətinin neqativ olduğu da göz qabağındadır. Hətta debatlar zamanı, Baydeni təhqir etmək üçün ona “sən bir fələstinli kimi davranırsan” dedi. Ona görə də Trampın Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı yaxın zamanlarda nəyəsə nail olacağını düşünmürəm”.
“Bölgəmizdə ciddi münaqişə başlaya bilər”
Ekspertə görə, Trampın iqtidarı dövründə başqa regionlarda yeni münaqişə ocaqlarının alovlanması ehtimalı da istisna olunur:
“Trampın Çinə münasibəti məlumdur. O, Ukrayna müharibəsinə son qoyub, Çini təkləmək istiqamətində addımlar atacağını dəfələrlə elan edib. Rusiya ilə Çini ayırmaq istədiyini seçkiqabağı təbliğat dövründə bəyan edib. Bu fonda Trampın hakimiyyəti dövründə Vaşinqtonun Çinlə münasibətlərində ciddi problemlər yarana bilər. Amma bu gərginliyin müharibə həddinə çatacağını düşünmürəm. Buna ehtiyac da yoxdur.
Ancaq iqtisadi sahədə kifayət qədər ciddi problemlərin yaşanacağını güman etmək olar. Tramp İrana münasibətdə də həmişə radikal mövqe tutub. Bu səbəbdən onun Tehranla münasibətlərində də kəskin problemlər yaşanacaq. İranın da öz növbəsində kəskin davranışlar sərgilədiyini nəzərə alsaq, yaranmış durum bölgəmizdə ciddi münaqişəyə gətirib çıxara bilər”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri