ABŞ siz NATO nun aparıcı qüvvəsi: Türkiyə bunu bacarar?
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran ətrafında cərəyan edən proseslər fonunda Donald Tramp adminstrasiyası müttəfiqlərinin ona dəstək vermədiyini bəhanə edərək, ölkəsinin NATO-dan çıxacağını daha aktiv şəkildə bəyan etməyə başlayıb.
Bu baş versə, NATO ya dağılmalı, ya da quruma üzv dövlətlərdən hansısa biri xilasedici qismində çıxış edərək, Alyansda aparıcı rolu öz üzərinə götürməlidir.
Sirr deyil ki, ABŞ-dən sonra NATO-da Türkiyə daha böyük qüvvəyə malik ikinci dövlətdir. Bu isə Amerikasız NATO-da Türkiyənin aparıcı qüvvə olmaq baxımından şanslarını artıra bilər.
Siyasi şərhçi Abutalıb Səmədov Bakupost.az-a bildirib ki, Türkiyənin ABŞ-siz NATO-da aparıcı rola iddia etməsi real görünmür:
“ABŞ NATO-dan çıxmayacaq. ABŞ onun yaradılmasında həlledici rol oynamış dövlətdir. Tramp adminstrasiyasının belə bir qərar qəbul etməsi onun nüfuzuna kifayət qədər ağır zərbə vuracaq. Hətta Tramp belə bir qərar versə də, növbəti adminstrasiya onu ləğv edəcək və ABŞ yenidən NATO-ya qayıdacaq. Amma belə bir addım atılarsa, Türkiyənin Alyansda aparıcı rol oynaması təbii ki, mümkünsüzdür”.
Müsahibimizə görə, Berlin, Paris və London buna imkan verməyəcək:
“Çünki aparıcı rol oynayan dövlət hərbi xərclərə daha böyük maliyyə ayırmalıdır. Bunun üçün də ümumdaxili məhsul çox olmalıdır. Almaniyanın ümumdaxili məhsulu Türkiyəyə nisbətən 3-4 dəfə çoxdur. Anoloji sözləri Böyük Britaniya və Fransaya da aid etmək olar. Onların da iqtisadi imkanları Türkiyə ilə müqayisədə xeyli çoxdur. Belədə, həmin dövlətlər Türkiyənin ABŞ-siz NATO-da aparıcı dövlət olmasına imkan verməyəcəklər. Başqa bir tərəfdən hərbi güc baxımından da Türkiyə ABŞ-dən sonra NATO-nun ən güclü ölkəsi hesab olunmur. Bu göstəriciyə görə də Ankara Böyük Britaniya, Fransa və Almaniyadan zəifdir. Türkiyə sadəcə, quru qoşunlarının sayı baxımından Alyansda ikinci dövlətdir. Bu səbəbdən Türkiyənin ABŞ-nin qurumdan çıxması fonunda NATO-nun aparıcı dövləti statusuna sahib olması imkanları yox səviyyəsindədir”.
Rüfət Sultan, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 20 Aprel 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















