Icma.az
close
up
RU
“Valideynlər və mollalar erkən nikaha görə məsuliyyət daşımalıdır” DEPUTAT

“Valideynlər və mollalar erkən nikaha görə məsuliyyət daşımalıdır” DEPUTAT

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qız üçün toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Erkən nikahların qarşısını almaq məqsədilə qanunlar mövcud olsa da, bu problem hələ də aktualdır. Təəssüf ki, bəzi valideynlər erkən nikaha meyilli davranışlarını davam etdirirlər.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Mehriban Əliyeva vurğulayıb ki, bir neçə istiqamətdə həm cəzalandırıcı, həm də maarifləndirici tədbirlər daha da gücləndirilməlidir:

“Bu çox ciddi və həssas bir mövzudur.Erkən nikah həm hüquqi, həm də sosial baxımdan böyük problemlər yaradır. Azərbaycan qanunvericiliyinə əsasən nikah yaşı qadın və kişi üçün 18 yaş olaraq müəyyən edilib. 17 yaşlı qızın ərə verilməsi qanunsuzdur və bu, həm qızın hüquqlarının pozulması, həm də gələcəkdə sosial-mənəvi fəsadların yaranması deməkdir.

Erkən nikah təşkil edən valideynlərə və ya qohumlara qarşı ciddi cərimələr tətbiq edilməlidir. Əgər nikah faktiki olaraq baş tutubsa, məsul şəxslərə azadlıqdan məhrumetmə də nəzərdə tutulmalıdır”.


Deputatın sözlərinə görə kənd və rayon icra strukturlarında, dini nikah kəsən mollalara qarşı da məsuliyyət gücləndirilməlidir:

“İmam və ya molla yalnız dövlət nikahı qeydə alındıqdan sonra dini nikah bağlaya bilməlidir. Əks halda, bu da cinayət tərkibli əməl kimi qiymətləndirilməlidir.

Valideynlərə erkən nikahın fəsadları (təhsil itkisi, sağlamlıq riskləri, sosial problemlər) barədə ardıcıl maarifləndirmə işləri aparılmalıdır.

Məktəblərdə qızların hüquqları, gender bərabərliyi və ailə həyatı ilə bağlı dəstəkverici layihələr də həyata keçirilir.

Erkən nikah təhlükəsi olan və ya nikaha məcbur edilən qızlara dövlətin hüquqi və psixoloji dəstəyi qanunvericiliklə tənzimlənir.
Beləliklə, yalnız cəza ilə deyil, həm də ictimai şüurun dəyişməsi ilə nəticə əldə etmək mümkündür”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri