Icma.az
close
up
RU
ABŞ təyyarədaşıyan gəmisini yalnız 5 silah batıra bilər Bəs bu niyə baş verməyəcək?

ABŞ təyyarədaşıyan gəmisini yalnız 5 silah batıra bilər Bəs bu niyə baş verməyəcək?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika təyyarədaşıyan gəmiləri ABŞ-ın dünyadakı mövcudluğunu və gücünü nümayiş etdirən nəhəng yüksəktexnologiyalı döyüş kompleksləridir. Onların ən yenisi - "USS Gerald R. Ford" (CVN-78) - indiyədək inşa edilmiş ən böyük hərbi gəmidir. Bu gəmi öz aviaqanadı, çoxsəviyyəli müdafiə sistemi və müşayiət edən zərbə qrupu ilə qorunur. Buna görə də belə bir gəmini batırmaq son dərəcə çətindir - lakin texniki cəhətdən mümkündür.

Qaynarinfo xəbər verir ki, "Slash Gear" ekspertləri müdafiə xəttini yara bildiyi halda, hətta 100 min tonluq təyyarədaşıyan gəmiyə kritik zərər vura bilən beş silah növünü göstərir.

1. Nüvə silahı

Nüvə zərbəsi təyyarədaşıyan gəmisinin məhv edilməsi üçün ən təsirli, lakin ən az ehtimal olunan ssenaridir. Bunu ABŞ-ın 1946-cı ildəki "Crossroads" sınaqları sübut edib: 21 kiloton gücündə partlayış "USS Saratoga" təyyarədaşıyan gəmisini batırmışdı. Müasir ABŞ və Çin nüvə sursatları dəfələrlə daha güclüdür, buna görə də birbaşa zərbə hətta ən yeni gəmilər üçün də ölümcül olardı.

2. Yeni nəsil ağır torpedalar

Müasir torpedalar — o cümlədən Rusiyanın "Tip 65" və Çinin Yu-6 modelləri — təyyarədaşıyan gəmisi qrupları ilə mübarizə üçün xüsusi hazırlanıb. Onlar korpusa deyil, kil altına partlayaraq sualtı zərbə yaradır və bu, gəmiləri iki yerə sındıra bilər. Bu dağıdıcı təsir ABŞ-ın Mark 48 torpedalarının sınaqlarında nümayiş etdirilib.

3. Hipersəs gəmi əleyhinə raketlər

Rusiya və Çin artıq döyüş tətbiqinə hazır hipersəs raketlərinə malikdir: Rusiyanın "Sirkon" raketi (9 maxadək), Çinin DF-ZF kompleksi (10 maxadək). Onların çox yüksək sürəti səbəbindən demək olar ki, qarşısını almaq mümkün deyil. Hətta döyüş başlığı olmasa belə, kinetik enerji təyyarədaşıyan gəmisinə ciddi zərər vurmağa kifayət edir.

4. Kütləvi kamikadze dron hücumu

Ukraynadakı müharibə göstərdi ki, dron sürüləri iri gəmilər üçün real təhlükədir. Kiçik dəniz dronları artıq Rusiya Qara dəniz Donanmasının gəmilərini batırıb. Əgər düşmən yüzlərlə və ya minlərlə partlayıcı yüklü dronu işə salsaydı, onlar təyyarədaşıyan gəmisinin gövdəsini kritik həddə qədər zədələyə bilərdi. Bu, ən ucuz, lakin potensial olaraq effektiv hücum metodudur.

5. Partlayıcı yüklü gəmi ilə taran

Köhnə, amma təhlükəli taktika: içi partlayıcı ilə doldurulmuş iri gəmini təyyarədaşıyan gəmisinə doğru yönəltmək. Nümunə — 2000-ci ildə esmines USS Cole-a qarşı törədilən terror aktıdır; partlayıcı qayıq gəminin gövdəsində 12 metrlik dəlik açmışdı. Əgər böyük gəmi, xüsusən də partlayıcı yüklü tanker təyyarədaşıyan gəmisini tarasa, nəticələr fəlakətli ola bilər.

Bu ssenarilər nəzəri cəhətdən mümkün olsa da, ABŞ təyyarədaşıyan gəmisinə hər hansı hücum böyük müharibənin başlanması deməkdir. Buna görə də belə silahların real tətbiqi son dərəcə az ehtimal olunur.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri