ABŞ Ukraynanı Rusiyanın enerji obyektlərinə hücuma görə hədələyib
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ kəşfiyyat rəsmiləri Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumları davam etdirəcəyi təqdirdə Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracaqları barədə xəbərdarlıq ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məsələdən məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də Vaşinqtonun kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmaqla hədələdiyini təsdiqləyib. O bildirib ki, xəbərdarlıq birbaşa ona deyil, Ukrayna generallarına çatdırılıb.
ABŞ Prezidenti Donald Tramp isə Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasının davam edəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton müharibənin başa çatmasını istəyir.
Məlumata görə, Zelenski bundan əvvəl iki gecə ardıcıl olaraq Rusiya tərəfindən Kiyevə ballistik raket hücumları ilə bağlı xəbərdarlıq almadıqlarını açıqlayıb. Ukrayna tərəfi kəşfiyyat məlumatlarının vaxtında ötürülməməsinin paytaxtın enerji obyektlərinə hücumlarla nəticələndiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan atəşkəs təşəbbüsü ilə çıxış edib və Ukraynadan Rusiya neft emalı zavodlarına hücum etməməyi tələb edib. Zelenski əvvəlcə zərbələrin dayandırılması barədə göstəriş verdiyini, lakin Rusiyanı razılaşmanı pozmaqda ittiham etdikdən sonra qadağanı ləğv etdiyini açıqlayıb.
Rusiya hökuməti isə oktyabrın 14-də Ukrayna ordusunun iki neft emalı obyektinə zərbə endirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:ABŞ Ukraynanı hədələyib KİV
10 Oktyabr 2026 22:37
“ABŞ Rusiyanın Ukraynanı bombalamağı dayandırmasını istəyir”
07 Aprel 2025 11:39
İranlı deputat Xəzərdə gəmiyə hücuma görə Ukraynanı hədələyib
27 İyul 2026 07:35
ABŞ Ukraynanı Rusiyanın maraqlarını nəzərə almağa çağırdı
19 May 2025 09:52
Orban Ukraynanı hədələyib
21 Fevral 2026 18:42
Baxış sayı:129
Bu xəbər 15 Oktyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















