Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

“ABŞ UKRAYNAYA ELƏ SILAH VERƏCƏK Kİ...” Pinkus AÇIQLADI

“ABŞ UKRAYNAYA ELƏ SILAH VERƏCƏK Kİ...” Pinkus AÇIQLADI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Bu silahlar müharibənin gedişatını dəyişə bilər”

ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda Ukraynaya yeni hücum silahlarının verilməsi barədə əmr verib. Həmin silahlar Ukraynada hərbi əməliyyatların gedişatını dəyişə bilər. Bunu ABŞ-dəki nüfuzlu siyasi xadimlərdən biri, Ronald Reyqan Respublikaçılar Klubunun prezidenti Boris Pinkus deyib.

O qeyd edib ki, söhbət xüsusən də Rusiyanın dərinliklərinə, oradakı əsas hədəflərə zərbələr endirə bilən yeni qanadlı raketlərdən gedir. 

Pinkus vurğulayıb ki, ABŞ Konqresi uzun müddətdir Ukraynaya belə silahların verilməsini tələb edir: "Bu raketlərin unikallığı ondan ibarətdir ki, onlar 300 metrdən aşağı məsafədə uçur və bu, çox vacibdir, çünki radarlar onları görmür. Onların uçuş məsafəsi isə 450-500 kilometrdir ki, bu da əlbəttə, kifayət edən qədər məsafədir".

Pinkus həmçinin bildirib ki, bu cür hava-yer raketləri həm MiQ, həm də F-16 qırıcılarında istifadə oluna bilər və Amerika lideri artıq Pentaqona ABŞ-nin iki müdafiə korporasiyası ilə Ukrayna üçün belə raketlərin istehsalı ilə bağlı müqavilələr bağlamağı tapşırıb.

Qeyd edək ki, Ukrayna artıq uzun müdətdir Qərbdən məhz Rusiyanın dərinliyini vura bilən silahlar istəyir. Lakin ABŞ başda olmaqla, Qərb ölkələri nüvə eskalasiyası təhlükəsini bəhanə gətirərək, Ukraynaya bu cür silahlar verməkdən boyun qaçırıb. Əvəzində, Ukraynanın özündə bu cür silahların istehsalının təşkili ilə bağlı addımlar atılıb. Nəticədə Ukrayna tərəfi özünün uzaq mənzilli raketlərini istehsal etdiyi barədə məlumatlar yayıb. Hətta ballistik raketlərin istehsalına başlandığı barədə xəbərlər var. Lakin öz ərazisində müharibə apara-apara qısa müddətdə bu cür böyük həcmli və mürəkkəb istehsalları təşkil etmək olduqca çətindir. Buna görə də ara-sıra Ukraynanın Rusiyaya qarşı özünün azsaylı raketlərindən istifadə etdiyi barədə məlumatlar və faktlar qeydə alınsa da, bu zərbələr kütləvi xarakter almayıb. Son olaraq, bu cür zərbənin Soçidəki obyektlərə endirildiyi məlum olmuşdu. Rusiya isə əvəzində az qala hər gün onlarla qanadlı və ballistik raketlə Ukraynanın dərinliklərini vurur.

İndi isə belə görünür ki, Qərb nəhayət, bu məsələdə qismən də olsa paritet yaratmaq üçün Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər vermək qərarına gəlib. Görünür, xüsusilə də Putinin heç bir güzəştə getməməsi və Trampı həm öz seçiciləri, həm də bütünlükdə dünya önündə çətin vəziyyətdə qoyması, nəticədə ABŞ Prezidentinin Rusiya qarşısında zəif, bacarıqsız biri kimi görsənməsi hazırkı ABŞ liderini daha qətiyyətli addımlar atmağa məcbur edir. O isə hamıdan yaxşı bilir ki, təkcə yarımçıq işləyən iqtisadi sanksiya və təzyiqlərlə Rusiya işğalını dayandırmaq çətin və bəlkə də mümkünsüz olacaq. Ona görə də Rusiya ilə onun yeganə başa düşdüyü dil – güc dili ilə danışmaqdan başqa bir seçim yoxdur. Bunun üçün isə birbaşa döyüş meydanında Rusiya işğalçı maşınının dişlərini qıra bilən addımlara və silahlara ehtiyac var...

C.Məmmədli

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Avqust 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri