Icma.az
close
up
RU
ABŞ Ukraynaya silah tədarükünü dayandırır Arsenal çatışmazlığı əsas səbəb kimi göstərilir, amma...

ABŞ Ukraynaya silah tədarükünü dayandırır Arsenal çatışmazlığı əsas səbəb kimi göstərilir, amma...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Ukraynaya bəzi növ silahların tədarükünü müvəqqəti dayandırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “CBS News” telekanalı Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyinin hərbi yardım siyasətinə dair son qiymətləndirməsindən sonra “ABŞ-nin milli maraqları prioritet elan edilib” və bu səbəbdən bəzi silahların ixracı dayandırılıb. CBS-in mənbəsi qeyd edib ki, bu qərarın əsas səbəblərindən biri Amerikanın silah ehtiyatlarının kritik həddə yaxınlaşmasıdır.

Rəsmi şəkildə hansı silahların tədarükünün dayandırıldığı açıqlanmasa da, NBC News-un Pentaqon və Konqresdəki mənbələrə istinadla yaydığı məlumata görə, müdafiə naziri Pit Heqset Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin, haubitsalar üçün mərmilərin, Hellfire raketlərininhava-hava tipli raketlərin göndərilməsini müvəqqəti dayandırmaq barədə göstəriş verib.

Qeyd olunan silahlar ABŞ Prezidenti Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş hərbi yardım paketinə daxil idi. Qərar bir neçə həftə əvvəl nazir Heqsetin tapşırığı ilə başlanmış və ABŞ hərbi arsenalının vəziyyətinə dair qiymətləndirmə başa çatanadək qüvvədə qalacaq.

Pauzanın digər mühüm səbəbləri sırasında Ukraynaya genişmiqyaslı silah tədarükü ilə yanaşı, ABŞ-ın Yaxın Şərqdə – xüsusilə husi hərəkatına qarşı əməliyyatlarda və İranın hava hücumlarına qarşı müdafiədə istifadə etdiyi resursların tükənmək üzrə olması da yer alır.

Son aylarda Rusiya Ukrayna şəhərlərinə, xüsusilə Kiyevə qarşı hava hücumlarını intensivləşdirib. Bu səbəbdən Ukrayna Qərb müttəfiqlərindən daha çox hava hücumundan müdafiə sistemi tələb edir.

NATO sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynaya əlavə Patriot sistemləri göndərmək imkanlarını nəzərdən keçirir. Lakin o, bu sistemlərin həm İsrailə, həm də ABŞ ordusuna lazım olduğunu vurğulayaraq əlavə edib: “Onları tapmaq asan deyil.”

Rasim Əliyev

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri