ABŞ və İran arasında danışıqlar bu gün başlayır
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında danışıqların bu gün keçiriləcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə avqustun 2-də təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Tarmp Vaşinqton və Tehran arasında dialoqun danışıqlar şəklində davam edəcəyini bildirib.
“Biz onlarla dialoqa girəcəyik və bu, danışıqlar yolu ilə olacaq. Proses sabah günortadan sonra başlayacaq”, - deyə ötən gün Amerika lideri qeyd edib.
O, həmçinin İrana qarşı kütləvi hücum qərarını ləğv etdiyini qeyd edib və Səudiyyə Ərəbistanının da buna qarşı çıxdığını bidirib.
“Onlar İranın nüvə proqramı və Hörmüz boğazında gəmiçiliklə bağlı razılaşmanın yaxın olduğunu düşünürdülər”, - ABŞ Prezidenti deyib.
Qeyd edək ki, Vaşinqton yaxın gələcəkdə Hörmüz boğazının açılmasına və İranın nüvə təhdidinə son qoyulmasına nail olmaq niyyətindədir.
Danışıqlar nəticəsiz qalsa, ABŞ Prezidenti İranı yenidən hərbi əməliyyatlarla hədələyib.
Bu mövzuda digər xəbərlər:İran və ABŞ arasında danışıqlar aparılmır
26 Yanvar 2026 16:25
ABŞ və İran arasında danışıqlar prosesi başlayır: 60 günlük kritik mərhələ...
16 İyun 2026 12:37
ABŞ və İran arasında yenidən danışıqlar keçiriləcək
08 İyul 2025 04:17
ABŞ və İran arasında növbəti danışıqlar bu tarixdə olacaq
24 İyun 2026 21:04
ABŞ və İran rəsmiləri bu gün danışıqlar aparacaq
01 İyul 2026 12:51
Baxış sayı:76
Bu xəbər 03 Avqust 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















