ABŞdə ermənilərin dələduzluğu Ayı kostyumları geyinərək... Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də sığorta dələduzluğunun maraqlı üsulu ortaya çıxıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-də bir qrup şəxs sığortadan pul almaq üçün ayı kostyumları geyinib Rolls Royce markalı avtomobillərinə böyük ziyan vurublar.
Məlumata görə, Ruben Tamrazian, Ararat Çirkinian, Vahe Muradxanyan və Alfiya Zuckerman adlı şəxslər Los-Ancelesdə həm sığorta şirkətlərini aldadıb, həm də saxta sənədlər təqdim etməkdə ittiham olunublar.
Belə ki, şübhəlilər avtomobillərinin ayı hücumu nəticəsində zədələndiyini iddia edərək, iddialarının sübutu üçün təhlükəsizlik kamerası görüntülərini təqdim ediblər. Görüntülərdə ayı olduğunu iddia etdikləri canlının avtomobilə ziyan vurduğu görünür. Lakin sığorta şirkəti qeydləri təfərrüatı ilə araşdırdıqda şübhəli hərəkətləri görüb və vəziyyəti Kaliforniyadakı səlahiyyətlilərə çatdırıb.
Məlum olub ki, görüntülərdəki canlı ayı maskası geyinmiş insandır.
Polis tərəfindən aparılan araşdırmalar nəticəsində şübhəlilərdən birinin evindən ayı kostyumu götürülüb.
Üstəlik, şübhəlilərin sığorta tarixçələrini araşdıran səlahiyyətlilər, daha əvvəl də oxşar ssenarilərlə pul tələblərinin edildiyini aşkar ediblər.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Noyabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















