Abşeron Gənclər Şəhərciyindəki PARTLAYIŞDA xəsarət alanların SON VƏZİYYƏTİ
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin birində partlayış hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 7-si, saat 21:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.
"Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (ikisi kişi, biri qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 08 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















