Abşeronda 51 yaşlı qadın qətlə yetirildi Qaynı saxlanıldı (YENİLƏNİB)
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Sentyabrın 2-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
*** 14:32
Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib.
"Unikal" xəbər verir ki, öldürülən şəxsin 1974-cü il təvəllüdlü Əminə Payızova olduğu bildirilir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qaynı, 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 Sentyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















