Icma.az
close
up
RU
ABŞnin Azərbaycana münasibəti dəyişir Trampın siyasəti

ABŞnin Azərbaycana münasibəti dəyişir Trampın siyasəti

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edib. Ölkə başçısı xalqa müraciəti zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasından da danışıb.

Dövlətimizin başçısı bildirib ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının bütün səyləri əbəs oldu.

Azərbaycana qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyasının aparıldığını və bunun COP-dan sonra da artıq iki aya yaxındır davam etdiyini vurğulayan dövlətimizin başçısı deyib:

“Ümid edirəm ki, gələn il yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür”.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu Prezidentin bu çıxışını belə şərh edib:

"Azərbaycan Prezidenti yanvarın 20-də ABŞ-nin yeni Prezidenti Donald Trampın andiçmə mərasimini nəzərdə tutur. Andiçmədən sonra Donald Tramp Ağ evdə rəsmi olaraq, dövlət başçısı vəzifəsini yerinə yetirəcək. Ümid var ki, Tramp ABŞ-nin xarici siyasətində korrektələr edəcək. Çünki Donald Tramp birinci prezidentliyi dövründə (2016-2020-red) Azərbaycanla əməkdaşlığa və strateji tərəfdaşlığı gücləndirməyə önəm verirdi. Müəyyən ümidlər var ki, Tramp Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa yenidən önəm verəcək. Çünki ən azı təhlükəsiz enerji sahəsində dialoq hər zaman olub. Bu dialoqun davam etməsinə hər zaman ehtiyac var. Doğrudur, bu o demək deyil ki, ABŞ-da bütün dövlət strukturları Tramp kimi Azərbaycanla əməkdaşlığa əhəmiyyət verəcəklər. Prezidentlər dəyişsə də, ABŞ konqresi hər zaman anti-Azərbaycan mövqeyindən çıxış edir. Erməni lobbisi orada həmişə güclü olub. Önəmli olan isə Ağ Evin fərqli siyasət yürütməsidir. Azərbaycan Prezidentinin və ictimai-siyasi dairələrinin ümidi onadır ki, Tramp administrasiyası Azərbaycana qarşı müsbət, yəni fərqli siyasət yürüdəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Yanvar 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri