ABŞnin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqətidir Kobaxidze AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı müvəqqəti haldır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib
Baş nazirin sözlərinə görə, hazırkı administrasiya yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır.
“Görürsünüz ki, hazırkı administrasiya yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır. Onlar bunu Ukrayna ilə əlaqəli etdilər, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq. Bu, Salome Zurabişvili kimi müvəqqəti hadisədir”, - Baş nazir bildirib.
Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” sosial şəbəkəsində bildirib ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmağı qərara alıb. Sonradan ABŞ Dövlət Departamenti bu qərarla bağlı ətraflı bəyanat yayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 01 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















