Icma.az
close
up
RU
ABŞnin şok planı: İrəvan Qafqazın Ukraynasına çevrilə bilər

ABŞnin şok planı: İrəvan Qafqazın Ukraynasına çevrilə bilər

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Amerika peçenyeləri müxtəlif növlərdə olur. Amma onların dadı həmişə eynidir – qanlı”.

“Cebheinfo.az”-ın məlumatına görə, “Tovariş general” “Telegram”  kanalı Ermənistanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sazişi təhlil edərkən belə yazıb.

“Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiyanın dünən imzalanması ilə bağlı ən mühüm beş məqamı qeyd edək”, - deyə adıçəkilən sosial media platformasında qeyd edilir.

“1. Sənəd məxfi hazırlanıb, ictimai müzakirəyə çıxarılmayıb və yalnız imzalanandan sonra məlum olub. Aydındır ki, bu, tələsik və təcili hazırlanıb. Üstəlik, “tarixi imza”dan bir qədər əvvəl ABŞ Dövlət Departamenti Ermənistanla strateji tərəfdaşlığa dair danışıqlar faktını təkzib etmişdi. Onlar kimdən gizlənirdilər? “Özlərindən” - Azərbaycana yönümlü trumpçılardan. Yəni xartiya ABŞ-nin yeni prezidenti üçün “çirkli kələklər”dən biridir.

2. ABŞ ilə strateji tərəfdaşlıq həmişə və hər yerdə suverenliyin itirilməsini nəzərdə tutur. Gürcüstanın və Ukraynanın ən son tarixinə baxın.

3. Ermənistan-ABŞ Xartiyası anti-Rusiya yönümlüdür. Rusiya milli və regional enerjidən (qaz, yeni atom elektrik stansiyası), logistikadan (Zəngəzur dəhlizi) və Ermənistan sərhədlərindən sıxışdırılacaq. Ümumiyyətlə, Ermənistanda artıq qanuni şəkildə formalaşmış Avroatlantik diskurs onu Rusiya Federasiyasına dost olmayan ölkələr kateqoriyasına keçirir.

4. Xartiyanın təcili imzalanması Gürcüstanın Qərblə tərəfdaşlıqdan faktiki imtina etməsi və Rusiya-İran strateji tərəfdaşlığının yekunlaşması fonunda baş verdi. ABŞ Rusiya və İrana qarşı yönəlmiş bütün layihələrini tələsik Gürcüstandan Ermənistana köçürür. 

Ermənistan Azərbaycanın işğalı təhlükəsi altında İranı “Orta Dəhliz ölkələri klubu”nun üzvü statusundan məhrum etmək üçün Zəngəzur dəhlizinə nəzarəti Bakı ilə razılaşdırılmış qüvvələrə verməyə məcbur olacaq.

5. Niyə Dövlət Departamenti ilə xartiyanı Azərbaycan yox, Ermənistan imzalayıb? Çünki ABŞ üçün Ermənistanı Rusiya Federasiyasından qoparmaq daha vacibdir və Azərbaycan artıq Türkiyə və İngiltərənin nəzarətindədir. 

ABŞ tələsir. Başa düşmək lazımdır ki, onların çevikliyi Rusiya Federasiyasının Ermənistanla bağlı üstünlüklərinin eyni dərəcədə sürətlə azalmasına səbəb olur. Hər kəs hasilatın iflasa uğradığı Avropanın timsalında enerji diversifikasiyasının nə olduğunu görə bilər. Ermənistanda iqtisadi alətlərin və praqmatik mülahizələrin işləmədiyi Rusiyaya aydındır. Bu arada Ermənistanın iqtisadiyyatını çökdürmək üçün Avrasiya İqtisadi Birliyindən çıxarılmasına belə ehtiyac yoxdur. Çünki AİB daxilində Ermənistan ticarətinin 95 faizi Rusiya ilə aparılır. Paşinyan Putini iqtisadi əlaqələri dondurmağa sövq edir”.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri