Icma.az
close
up
RU
Abzas Media işi üzrə məhkəmənin vaxtı AÇIQLANDI

Abzas Media işi üzrə məhkəmənin vaxtı AÇIQLANDI

"Abzas Media" əməkdaşlarının cinayət işi üzrə məhkəmənin keçiriləcəyi vaxt məlum olub.

Modern.az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 17-nə təyin edilib.

Prosesə hakim Rasim Sadıxov sədrlik edəcək.

Xatırladaq ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.(APA)

seeBaxış sayı:88
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri