Icma.az
close
up
RU
AccessBank ın debet kartları ilə bağlı qayda narazılıq yaradıb

AccessBank ın debet kartları ilə bağlı qayda narazılıq yaradıb

Azpost saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda fəaliyyət göstərən banklardan biri olan AccessBank-ın debet kartları ilə bağlı tətbiq etdiyi məhdudiyyət müştərilər arasında ciddi narazılıq doğurub.

AzPost xəbər verir ki, sosial şəbəkələrdə və şikayət platformalarında yayılan müraciətlərdə bildirilir ki, bankın debet kartı vasitəsilə gün ərzində ümumilikdə 20 manata yaxın mədaxil əməliyyatı aparıldıqdan sonra kartın mədaxil funksiyası avtomatik bloklanır.

Müştərilərin sözlərinə görə, söhbət ayrı-ayrı əməliyyatlardan deyil, müxtəlif mənbələrdən daxil olan ümumi məbləğdən gedir. Nəticədə kart sahibi əlavə izahat verənədək və ya bankla əlaqə saxlayıb araşdırma aparılanadək kartdan normal şəkildə istifadə edə bilmir. Bu hal xüsusilə fərdi sahibkarlar, frilanserlər və dövriyyəsi yüksək olan fiziki şəxslər üçün ciddi çətinliklər yaradır.

Narazılıq yaradan əsas məqam isə ondan ibarətdir ki, digər banklarda fiziki şəxslər gün ərzində daha yüksək məbləğlərdə, hətta beşrəqəmli və daha çox əməliyyatlar aparsalar belə, oxşar avtomatik bloklama mexanizmi tətbiq edilmir. Bu isə AccessBank-ın yanaşmasının selektiv və qeyri-şəffaf olması ilə bağlı suallar doğurur.

Hüquqşünasların fikrincə, banklar “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna əsasən şübhəli əməliyyatları izləmək və müvəqqəti məhdudiyyətlər tətbiq etmək hüququna malikdirlər. Lakin bu məhdudiyyətlər risk əsaslı yanaşmaya söykənməli, konkret şübhə indikatorları ilə əsaslandırılmalı və müştəriyə aydın şəkildə izah edilməlidir.

Ekspertlər vurğulayır ki, təkcə məbləğin həcminə görə avtomatik bloklama tətbiqi hüquqi baxımdan mübahisəlidir. Çünki fiziki şəxsin gəlir mənbəyi rəsmi və şəffaf ola bilər. Üstəlik, bank daxili qaydalarının müştəriyə əvvəlcədən açıq formada bildirilməməsi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun prinsiplərinə də zidd hesab oluna bilər.

Maliyyə məsələləri üzrə mütəxəssislər hesab edirlər ki, banklar risk idarəetməsi ilə müştəri rahatlığı arasında balansı qorumalıdır. Əks halda bu cür məhdudiyyətlər bank sektoruna inamı zəiflədir və müştərilərin digər maliyyə institutlarına yönəlməsinə səbəb olur.

Məsələ ilə bağlı AccessBank tərəfindən rəsmi açıqlama verilməsə də, mütəxəssislər müştərilərə tövsiyə edirlər ki, kart bloklanması ilə üzləşdikdə bankdan yazılı izahat tələb etsinlər, zərurət yaranarsa Mərkəzi Banka və ya maliyyə ombudsmanına müraciət etsinlər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri