Icma.az
close
up
RU
AccessBankın “Bizdən Biznesə” layihəsinə 400dən çox startap layihəsi ilə müraciət daxil olub

AccessBankın “Bizdən Biznesə” layihəsinə 400dən çox startap layihəsi ilə müraciət daxil olub

Banco.az saytına istinadən Icma.az xəbər verir.

AccessBank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi “Bizdən Biznesə” startap müsabiqəsinə müraciətlərin qəbulunun başa çatdığını elan edir. 1 ay ərzində (24 oktyabr - 24 noyabr) müsabiqəyə qoşulmaq üçün Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən müraciətlər daxil olub.

Müsabiqəyə təqdim olunan layihələr müxtəlif sahələri, o cümlədən rəqəmsal texnologiyalar, kənd təssərüfatı, istehsalat, ticarət və xidmət kimi sahələri əhatə edir.

Artıq bu gündən etibarən iştirakçıların ərizələri xüsusi komissiya tərəfindən təhlil edilərək Münsiflər Heyətinə təqdim ediləcək. Bu zaman innovativlik, davamlı inkişaf, iqtisadi səmərəlilik və cəmiyyətə müsbət təsir potensialı kimi meyarlara uyğun gələn layihələr nəzərə alınacaq.

Qalib layihələr 25 dekabr tarixində elan olunacaq.

“Bizdən-Biznesə” layihəsinə olan yüksək maraq bizi çox sevindirir. 400-dən artıq  müraciətin daxil olması sürətlə dəyişən iqtisadi şəraitdə kiçik və orta bizneslərin bu formatda dəstəyə ehtiyacının olduğunu sübut edir. AccessBank olaraq müasir sahibkarlıq mühitinin formalaşmasına tövhə verməkdən qürur duyuruq, çünki daxil olunan hər bir layihə təkcə biznes ideyası deyil, həm də iqtisadiyyata, yeni iş yerlərinin yaradılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına doğru bir addımdır”, - bunu AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edilir.

Ən sərfəli kredit üçün müraciət et

Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: “Bizdən Biznesə”

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri