ACES Europe prezidenti: “İnanırıq ki, Bakı bu vəzifənin öhdəsindən layiqincə gələcək”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Bakı yalnız idman sahəsində deyil, ümumiyyətlə, bütün sahələrdə dünyada önəmli bir şəhərdir.
İdman.Biz xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) prezidenti Can Françesko Lupatelli Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimində deyib.
O vurğulayıb ki, Bakı böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün ideal şəhərdir:
“Bilirik ki, Bakı yalnız idman baxımından deyil, hər sahədə dünyada çox vacib bir şəhərdir. Dünya idmanının əvvəlki paytaxtı Monako idi. Bu gün isə böyük sevinc hissi ilə ‘Dünya İdman Paytaxtı’ titulunu rəsmi olaraq Bakıya təqdim edirik. İnanırıq ki, Bakı bu vəzifənin öhdəsindən layiqincə gələcək”, - deyə Can Françesko Lupatelli qeyd edib.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 Dekabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















