Icma.az
close
up
RU
Politoloq: Türkiyə COP31 missiyanın öhdəsindən layiqincə gələcək

Politoloq: Türkiyə COP31 missiyanın öhdəsindən layiqincə gələcək

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ətraf mühitin mühafizəsi dünyanın bir nömrəli mövzusuna çevrilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) 2026-cı ilin noyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılır. COP31-ə ev sahibliyi etmək barədə yekun qərar Braziliyanın Belem şəhərində keçirilən iqlim sammitində (COP30) Azərbaycanın da fəal iştirakı ilə keçirilən beşgünlük müzakirələrdən sonra qəbul edilib. Qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 sammitinin sessiyasında çıxış edərkən bildirib ki, COP31-ə ev sahibliyi etmək barədə razılaşma “qlobal miqyasda konsensus platformalarının zəifləməsi fonunda” xüsusilə əhəmiyyətlidir. Qərbi Avropa və Digər Dövlətlər Qrupunun (WEOG) üzvləri Türkiyənin COP31-ə ev sahibliyi etməsi barədə qərarı yekdilliklə dəstəkləyib. Qərardan əvvəl Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun iştirakı ilə çoxsaylı görüşlər keçirilib. Murat Kurum COP30 iqlim sammiti çərçivəsində Braziliya, Azərbaycan və Avstraliyadan olan nümayəndələrlə dördtərəfli görüş, eləcə də Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə elçisi və COP29-un sədri Muxtar Babayevlə ayrıca görüş keçirib. Azərbaycan nümayəndə heyəti qardaş ölkənin COP31-ə ev sahibliyini ilk dəstəkləyənlərdən biri olub.

Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan keçən il COP29-a uğurla ev sahibliyi edib. Onun sözlərinə görə, Türkiyənin də COP31-ə ev sahibliyi etmək hüququnu qazanması bütövlükdə Türk dünyası üçün qlobal əhəmiyyətli hadisədir:

"Ümid edirik ki, Türkiyə Cümhuriyyəti bu missiyanın öhdəsindən layiqincə gələcək, İstanbul və Antalya COP31-in iclaslarına yüksək səviyyədə ev sahibliyi edəcək. Həm Azərbaycan və Türkiyədə, həm də digər türk dövlətlərində bu cür qlobal tədbirlərin keçirilməsi Türk dünyasının beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət edir. Belə tədbirlərin sayəsində Türk dünyası üçün yeni geosiyasi imkanlar yaranır və Türk dünyasının qlobal miqyasda daha sistemli, daha koordinasiyalı və daha qüvvətli şəkildə hərəkət etməsini təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində vurğuladığı kimi bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Həmçinin, Türk Dövlətləri Təşkilatı (TDT) da qlobal aktorlardan birinə çevrilir".

Ə.Hüseynov inanır ki, Türkiyənin COP31-ə ev sahibliyi etməsi ekologiya və ətraf mühitin mühafizəsi, qlobal həmrəylik və dialoqun qurulması, humanitar və mədəni əlaqələrin inkişaf etdirilməsində Türk dünyasının mühüm rol oynamasına böyük töhfə verəcək:

"Azərbaycan da öz növbəsində COP29-un təşkilatçısı qismində əldə etdiyi qiymətli təcrübəni qardaş ölkə ilə bölüşəcək. Türkiyə qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə rəqabətdən daha çox əməkdaşlıq və inklüzivlik prinsiplərinə əsaslanmağa, habelə bütün tərəfləri konstruktiv dialoq və qarşılıqlı hörmətə əsaslanan ətraf mühitin mühafizəsi tədbirlərini irəli aparmağa çağırır. COP31-ə ev sahibliyi etmək Türkiyəni bəşəriyyətin ortaq gələcəyi üçün qlobal həmrəyliyin carçısına çevirəcək. Qardaş Türkiyəni COP31-in ev sahibi seçilməsi münasibətilə ürəkdən təbrik edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri