Açılış turunun “yerli mənzərəsi”
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasında I tur başa çatıb.
Futbolpress.az-ın məlumatına görə, “Sumqayıt” – “Neftçi” matçı start heyətlərində ən çox yerli oyunçunun yer aldığı qarşılaşma olub. Sumqayıtda baş tutan oyunda hər iki komandanın “11-liyində”11 azərbaycanlı futbolçuya şans verilib.
Ən pis göstərici isə “Turan Tovuz” – “Qəbələ” matçında qeydə alınıb. Açılış oyununun start heyətində cəmi 2 yerli futbolçu meydana çıxıb. “Turan Tovuz” legionerlərdən ibarət “11-lik”lə matça başlayıb, “Qəbələ”də isə cəmi 2 azərbaycanlı oyunçu startda olub.
I turun üç görüşündə 90 dəqiqə ərzində 13 yerli futbolçu şans qazanıb: “Sabah” – “Kəpəz”, “Sumqayıt” – “Neftçi” və “Araz-Naxçıvan” – “İmişli” oyunları.
Ehtiyatdan ən çox oyuna daxil olan yerlilər isə “Sabah” – “Kəpəz” matçına təsadüf edib. Komandalar ikinci hissədə 7 azərbaycanlı futbolçunu “döyüşə atıb”.
Legioner limitinin ləğvindən sonra klublar üstünlüyü əcnəbilərə verməkdədir. İlk turun rəqəmləri mənzərəni aşkar ifadə edir.
Ötən mövsüm I Liqada çempion olan “Şəfa” mövsümə legionersiz çıxacağı gözləntiləri ilə başlasa da, hazırda demək olar ki, ən çox əcnəbi futbolçu transfer edən məhz bu komandadır.
Büdcəsi aşağı olan “Şamaxı”, “Kəpəz” kimi klublar da yerli əvəzinə legionerlərə üstünlük verirlər.
“Sabah”, “Qarabağ” kimi klublar belə ehtiyat heyətlə meydana çıxdıqları ilk tur matçlarında daha çox əcnəbi futbolçulardan yararlanırlar.
Gedişat klub futbolu üçün bəlkə də, müsbətdir. “Sabah”ın Çempionlar Liqasındakı nəticələri bu məsələdə qabardıla bilər. Lakin milli komanda və Azəbaycan futbolu limitin ləğvindən heç bir fayda götürə bilmir. Legionerlərlə rəqabətə belə girə bilməyən bir çox azərbaycanlı oyunçu artıq ehtiyatda qalmaqla barışıb.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 Avqust 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















