Icma.az
close
up
RU
Açıq məkanda reklam yerləşdirilməsinin hüquqi tənzimlənməsi

Açıq məkanda reklam yerləşdirilməsinin hüquqi tənzimlənməsi

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Reklam qanunvericiliyində açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı məsələlər fərqli tənzimləməyə tabe tutulur. Reklamın açıq məkanda yerləşdirilməsinə icazə verən orqanlar müvafiq ərazilər üzrə tənzimlənmişdir. Belə ki, icazə və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən  həyata keçirilir.
“Reklam haqqında”Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.
Deməli, açıq məkanda reklam yerləşdirilmə ilə bağlı mövcud müddəaların tədbiqi üçün 3 əsas ünsür mövcud olmalıdır:
1. Reklam reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat olmalı;
2. Ərazi qanunla müəyən olunan açıq məkan hesab edilən məkanların dairəsinə daxil olmalı;
3. Bayıra ünvanlanmalıdır.
İcazə alınması üçün nə etməli?
Ərizə ilə icazə alınması tələb olunan müvafiq quruma müraciət edilir. Ərizəyə əlavə olunur:
- reklam yayıcısı hüquqi şəxs, yaxud xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- reklam yayıcısı fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- reklam yayıcısının vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

- reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və vəziyyət planı, reklamın eskizi və ölçüləri;
-istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələrin reklamı yerləşdirilərkən müvafiq lisenziya, yaxud sertifikatın və ya digər icazənin notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

- reklamda əmtəə nişanı və coğrafi göstərici xarici dildə yerləşdiriləcəyi halda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin verdiyi qeydiyyat şəhadətnaməsi.
Ərizə və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün çatışmazlıqlar aşkar edildikdə qurum tərəfindən onların aradan qaldırılması üçün 10 iş günü vaxt verilir. Həmin müddətdə aradan qaldırılmadıqda qurum tərəfindən ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul olunur.
Şəxsin müraciəti qanunvericilikdə müəyyən olunmuş tələblərə cavab verdikdə qurum tərəfindən şəxsə dövlət rüsumunuun ödənilməsi barədə bildiriş və yayım haqqının ödənilməsi üçün hesab-faktura təqdim olunur. Dövlət rüsumunun ödənilməsi icazənin formalaşması üçün əsas faktordur. Dövlət rüsumunun ödənilməsi ilə reklama münasibətdə icazə formalaşır.
İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir.  
İcazə verilməsindən nə zaman imtina edilir?
- ərizə və ona əlavə olunmuş sənədlər  tələblərə uyğun olmadıqda; (aradan qaldırılması mümkün deyildirsə)
- icazə istənilən reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının, Şuşa şəhərinin ərazisində həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab vermədikdə.
Göründüyü kimi ərizə və sənədlər tələblərə uyğun olsa belə, yayımlanması nəzərdə tutulan reklam reklam qanunvericiliyinin tələblərinii pozarsa, icazədən imtina ediləcəkdir. 
Qanunvericilik icazə alınması tələb olunmayan reklamları da müəyyən edir:
- birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən, dövlət tərəfindən yaradılan sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar),
- Ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir.
Açıq məkanda reklam sahəsində nəzarət:
İstər icazə alınan, istərsə də müvafiq icazə olmadan yayımlana bilən reklamlara nəzarəti qeyd edilən müvafiq qurumlar həyata keçirir.
Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. İcazə verən qurum pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.
1. İcazə alınmış reklamda reklam qanunvericiliyinin tələblərinə uyğun olmamasına dair pozuntu faktı olduqda və göstərişdə qeyd edilən müddətdə aradan qaldırılmadıqda, qurum “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 26-cı maddələrinə əsasən icazənin dayandırılması və ya ləğvi üçün tədbirlər görür. 
2. İcazə alınması tələb olunmayan reklamda isə pozuntu hallarında onun yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür.
Müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 
- reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır);
- yazılı göstərişdə müəyyən edilmiş həmin tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür.
Qeyd olunan hərəkətlər müvafiq qurumun inzibati qaydada həyata keçirdiyi tədbirlərdir. Bundan əlavə olaraq, müvafiq qurum açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Belə ki, İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə;
428.7.2-ci maddəsinə əsasən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Aysu Nəbizadə,
Bakı Şəhəri Reklam İdarəsinin aparıcı hüquqşünası

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:698
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Yanvar 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri