Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Açıq səma altında muzey Qarabağda turizm neçə dirçəlir?

Açıq səma altında muzey Qarabağda turizm neçə dirçəlir?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ artıq tarixin və münaqişələrin adı ilə deyil, gələcəyə ümidlər, iqtisadi və mədəni inkişafın, bərpa və quruculuq işlərinin rəmzi kimi tanınır, işğaldan azad edilmiş ərazilərdə həyat yenidən canlanır. Bu dirçəlişin mühüm istiqamətlərindən biri də turizmdir. Füsunkar təbiət, tarixi abidələr, qədim yaşayış məskənləri, hər daşında bir xatirə Qarabağın bu potensialını daha da artırır. Lakin turizmin inkişafı təkcə sadalanan təbii gözəlliklərlə olmur, infrastruktur, təhlükəsizlik, bələdçi xidmətləri və doğru təqdimat əsas şərtlərdəndir.

Oxu.Az turizm bələdçisi Samir Abdullayevin Qarabağın turizm potensialı, mövcud çağırışlar və gələcək planlarla bağlı fikirlərini öyrənib.

Müsahibəni təqdim edirik:

- Samir bəy, əvvəlcə, Qarabağın turizm potensialından danışaq. Azad edilmiş ərazilərdə turizm necə inkişaf edir?

- Hazırda Qarabağda turizm sahəsi sürətlə inkişaf edir. Mən bu sahədə bələdçi kimi çalışıram və xüsusilə rəsmi qonaqlar, xarici nümayəndə heyətləri ilə işlədiyim zaman bunu daha aydın görürəm. Maraqlıdır ki, bu torpaqlara ilk dəfə gələnlər həm təəccüblənir, həm də təsirlənirlər. Çünki burada həm tarix var, həm də müasirlik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri turizmin əsas təməlini qoyur. Yolların çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, yeni hotellərin, muzeylərin və turizm obyektlərinin inşası bu sahəyə ciddi dinamika qatır. Şuşa artıq öz mədəni irsi ilə yenidən dirçəlir, Ağdam isə sanki "açıq səma altında muzey"ə çevrilmək üzrədir. Öz təcrübəmdə də görürəm ki, Qarabağa gələn turistlər təkcə təbiəti yox, həm də bu quruculuq prosesini yerində görmək istəyirlər. Onlar təkcə tarixə yox, həm də bu günə və gələcəyə baxmaq istəyirlər. Biz bələdçilər də çalışırıq ki, onlara həm keçmişi anladaq, həm də bu gün Qarabağa həyatın necə qayıtdığını göstərək.

- Bu istiqamətdə hansı sahələr əsasən üstünlük təşkil edir?

- Hazırda Qarabağın turizmində ən çox inkişaf edən sahələr mədəni irs, tarix və kulinariyadır. Məsələn, Şuşa öz tarixi abidələri, musiqi ənənələri və memarlıq üslubu ilə bənzərsiz bir şəhərdir. Xurşidbanu Natəvanın evi, Bülbülün ev muzeyi, Şuşa qalası kimi yerlər turistlərdə dərin təəssüratlar yaradır. Eyni zamanda, bölgədə keçirilən mədəni və kulinariya festivalları turizmin inkişafına ciddi təsir göstərir. Xüsusilə Şuşada təşkil olunan kulinariya festivalları çox diqqət çəkir. Bu festivallarda Qarabağın özünəməxsus mətbəxi, ləziz təamları təqdim olunur. Plov, Qarabağ kətəsi, qutab kimi milli yeməklər yerli və xarici qonaqların xüsusi marağına səbəb olur. Mənim də müşahidələrimə görə, bir çox turist bu yeməkləri yerində dadmaq və hətta hazırlanma prosesini izləmək istəyir. Bununla yanaşı, vətənpərvərlik və tarix turizmi də üstünlük təşkil edir. İnsanlar Qarabağa təkcə gəzmək üçün yox, həm də bu torpağın keçdiyi yol, qazandığı zəfər və bu gün yaşadığı dirçəlişlə tanış olmaq üçün gəlirlər.

- Bəs bu inkişafı yaxın perspektiv üçün necə dəyərləndirmək olar?

- Qarabağın yaxın gələcəyi ilə bağlı çox nikbin və real gözləntilər var. Artıq bu bölgə sadəcə bərpa edilən torpaqlar deyil, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzidir. Məsələn, Laçının "MDB-nin mədəniyyət paytaxtı" elan olunması böyük hadisədir. Bu, təkcə Laçının deyil, ümumilikdə Qarabağın beynəlxalq səviyyədə tanınması üçün əla imkandır. Son günlərdə Ağdam və Şuşaya olan yüksəksəviyyəli səfərlər, dövlət başçılarının və beynəlxalq nümayəndə heyətlərinin bölgəni ziyarət etməsi göstərir ki, Qarabağ artıq beynəlxalq aləmin gündəmindədir. Bu səfərlər təkcə siyasi yox, həm də turizm baxımından bölgəyə olan marağı artırır. Mən bir bələdçi kimi görürəm ki, gələn qonaqlar artıq bura sadəcə baxmağa yox, Qarabağın gələcəyini görməyə gəlirlər. Turizm baxımından isə yaxın illərdə yeni hotellər və təbiət parklarının istifadəyə verilməsi, beynəlxalq tədbirlər, festivalların keçirilməsi planlaşdırılır. Şuşa, Ağdam, Füzuli və Laçında müxtəlif layihələr artıq icra mərhələsindədir. Bu isə o deməkdir ki, Qarabağ yalnız tarixə deyil, gələcəyə də səfər etmək imkanı verir.

- Yerli, xüsusən də xarici turistlərin bölgəyə cəlb olunması üçün nələr lazımdır və hansı işlər görülür?

- Bu gün Qarabağın turizmə açılması ilə bağlı çox ciddi işlər görülür və burada Dövlət Turizm Agentliyinin (DTA) rolu xüsusilə önəmlidir. Agentlik təkcə infrastruktur və marşrutların formalaşdırılması ilə kifayətlənmir, eyni zamanda bələdçilərin hazırlığı, yerli turizm şirkətləri ilə əməkdaşlıq, beynəlxalq sərgilərdə Qarabağın təqdimatı kimi önəmli addımlar atır. Müxtəlif dillərdə broşürlər hazırlanır, rəqəmsal platformalarda Qarabağın tanıdılması üçün kampaniyalar keçirilir. Bütün bunlar öz nəticəsini verir. Mən bir bələdçi kimi bunu tur zamanı müşahidə edirəm. Məsələn, son turumda Türkiyənin millət vəkilləri Qarabağı ziyarət etdilər. Bölgənin dirçəlişini, təmizliyini, tarixlə bu günün vəhdətini gördükdə çox müsbət fikirlər bildirdilər. Hətta onlar geri döndükdən sonra yaxın çevrələri mənimlə əlaqə saxlayaraq Qarabağa gəlmək istədiklərini dedilər. Bu da onu göstərir ki, yerində görülən işlər real nəticə verir. Bələdçilər olaraq biz sadəcə məlumat ötürmürük, biz eyni zamanda canlı reklamıq, ölkənin səsini daşıyırıq. Xarici qonaqlara Qarabağın hansı keşməkeşli yollardan keçdiyini, bu torpaqlara indi həyatın necə qayıtdığını, regionun dirçəlişini hiss etdirmək bizim əsas vəzifəmizdir. Bələdçilər bir növ könüllü səfir rolunu oynayır, çünki turisti qarşılayan ilk insan, ölkə ilə ilk təmas nöqtəsi bizik. Bu baxımdan həm dövlətin yaratdığı şərait, həm də sahədə çalışan şəxslərin peşəkarlığı birlikdə Qarabağ turizminin güclənməsinə xidmət edir.

- Bəs bu səfərlərdə hansı məqamlara diqqət etmək lazımdır?

- Qarabağ bu gün təkcə bir bölgə deyil, qələbənin simvolu, tariximizin canlı yaddaşı və milli ruhumuzun yenidən doğulduğu məkandır. Bu baxımdan, burada turizmlə məşğul olmaq adi bir peşə deyil, həm də vətənpərvərlik missiyasıdır. Bir bələdçi kimi mənə görə ilk növbədə vətənpərvər olmaq lazımdır. Mən özüm bu işi böyük qürurla görürəm və hər tur zamanı çalışıram ki, Qarabağa olan sevgini, bağlılığı turistlər də yaşasın. Hətta xarici qonaqlardan bəziləri sonda deyirlər ki, "Sizin danışığınızda Qarabağ nəfəs alır." Bu, mənim üçün ən böyük qazancdır. Digər tərəfdən, xidmət keyfiyyətinə və hər detalın peşəkar təşkilinə diqqət vacibdir. Artıq infrastruktur var, yollar, hava limanları, hotellər. İndi isə bu sistemin içində insan amili, yəni biz diqqət mərkəzində olmalıyıq. Qarabağda turistə təbəssüm edən bir xidmət işçisi, səmimi danışan bələdçi, mehriban münasibət bunlar Qarabağı sevdirən əsas ünsürlərdir. Və əlbəttə ki, tarixi həssaslıqla və düzgün yanaşma ilə təqdim etmək lazımdır. Bu torpaqlarda yaşananları danışarkən məsuliyyət hissi olmalıdır. Turistlər Qarabağa baxmağa yox, hiss etməyə gəlir. Biz də bu hissi yaşatmağı bacarmalıyıq. Qısası, diqqət sadəcə infrastruktura yox, insan münasibətinə, ruhi təqdimata yönəlməlidir. Qarabağ böyük bir tarixdir, biz isə o tarixi canlı nəql edənlərik.

- Sadalanan məqamlara nəzər salsaq, bu istiqamətdə hansı təklifləriniz var?

- Əslində ölkə rəhbərliyi tərəfindən Qarabağda turizmin inkişafı üçün çox ciddi və sistemli işlər görülür - yollar çəkilir, hava limanları tikilir, hotel infrastrukturu qurulur, beynəlxalq səviyyəli tədbirlər keçirilir. Lakin bu işlərin daha təsirli nəticə verməsi üçün xidmət səviyyəsində keyfiyyətin davamlı yüksəldilməsi çox vacibdir. Məncə, təkliflərdən biri turizmdə fərqlilik yaradan təcrübələrə üstünlük verilməsidir. Məsələn, turistlər üçün adi ekskursiyalardan əlavə interaktiv proqramlar, yerli insanlarla görüşlər, açıq havada "canlı tarix" təqdimatları, milli yeməklərin hazırlanma prosesində iştirak və s. daha cəlbedici olar. İnsan təkcə baxmaq yox, hiss etmək və yaşamaq istəyir. Bunu təşkil etmək üçün yaradıcı yanaşma lazımdır. Digər bir məsələ də rəqəmsal təqdimatın gücləndirilməsidir. Qarabağın turizm potensialını vizual olaraq sosial mediada, beynəlxalq platformalarda daha fəal şəkildə göstərmək lazımdır. Xarici turistlər əvvəlcə gördüklərinə inanır, sonra yol alırlar. Yəni mən deyərdim ki, artıq əsas baza qurulub, indi isə məsələ budur ki, bu möhtəşəm platformanı necə daha fərqli, yadda qalan və təkrar ziyarət edilən təcrübəyə çevirmək olar. Biz bələdçilər olaraq bu işin içindəyik və görürük ki, hər bir yaradıcı detal turistin ürəyində Qarabağla bağlı dərin iz qoyur.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri