Icma.az
close
up
RU
Acqarına yeyilən ŞAFTALI: Qanı təmizləyir, ürəyi cavanlaşdırır

Acqarına yeyilən ŞAFTALI: Qanı təmizləyir, ürəyi cavanlaşdırır

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vətəni Çin olan şaftalı tərkibindəki vitaminlərlə tam bağırsaq dostudur. Şaftalı dadlı olması ilə yanaşı, sağlamlığa faydalı olan antioksidant və mineralları ehtiva etdiyi üçün ən faydalı yay meyvələri arasındadır. Şaftalıların faydalılığını artıracaq texnika onları acqarına yeməkdir. 

News24.az acqarına yeyilən şaftalıların möcüzəvi təsirini təqdim edir.

Vitamin deposu

Şaftalı təxminən 8 min il əvvəl ərik, gavalı, nektarin və albalı kimi çəyirdəkli meyvənin bir üzvü olaraq ortaya çıxıb. Lif, zülal, vitamin və minerallar baxımından çox zəngin olan şaftalı müxtəlif problemlərə faydalı olduğu kimi ürək sağlamlığı üçün də çox əhəmiyyətlidir. Şaftalı immunitet sisteminin gücləndirilməsində də çox vacibdir.

Düzgün istifadə, daha çox fayda

Şaftalı bəzən sərin yay səhər yeməyimizi, bəzən qəlyanaltılarımızla, bəzən də meyvəyə can atdığımız zaman qidalanmağınızı müşayiət edir. Bu ləzzətli meyvəni acqarına qəbul etmək onun müalicəvi xüsusiyyətlərini artırır. Məsələn, şaftalı C vitamini ilə zəngin bir meyvədir. Bu vitamin acqarına daha asan sorulur. C vitamini immunitet sistemini gücləndirir. Xəstəliklərlə mübarizə aparmağa kömək edir.

Bağırsaq sağlamlığını qoruyur 

Şaftalını acqarına yemək özü ilə bir sıra faydalar gətirir. Bu aşağı kalorili qida vitamin, mineral və liflə zəngin olduğu üçün həzm sisteminə də müsbət təsir göstərir. Şaftalıda olan lif bağırsaq hərəkətlərini tənzimləyərək qəbizliyin qarşısını alır. Bundan əlavə, şaftalıların tərkibində bağırsaqlardakı faydalı bakteriyaları qidalandıran prebiyotiklər də var.

Antioksidantların mənbəyi  

Tam bir antioksidant qaynağı olan şaftalıların acqarına istehlak edilməsi bu antioksidanların orqanizm tərəfindən daha sürətli və daha təsirli istifadəsini təmin edir. Tərkibində su baxımından da zəngin olan şaftalı, ac qarına istehlak edildikdə bədəni nəmləndirərək dərinin sağlam qalmasına kömək edir.

Dəmir qaynağı 

Orta ölçülü şaftalıda 0,3 mq dəmir var. Bu dəmir tərkibi digər meyvələrdən daha yüksəkdir. Bədənin dəmir ehtiyacını dəstəkləmək dəmir səviyyəsini yaxşılaşdırmağa kömək edir və anemiyanın qarşısını alır. Anemiyanın aradan qaldırılması yorğunluğun, yuxusuzluğun və diqqətin yayınmasının qarşısını alır.

Kaliumla zəngindir

Şaftalıda çoxlu kalium var. Qan təzyiqinin tarazlaşdırılmasında faydalı olan kalium, ac qarına istehlak edildikdə təsirini artırır. Şaftalıları acqarına yemək də kaliumun udulmasını xeyli asanlaşdırır. Bu yolla ürək xəstəliklərinin də qarşısı alınır.

Bunun sayəsində böyrəklər yaxşı işləyir

Ac qarına yeyilən şaftalı böyrəklər üçün faydalıdır. Acqarına şaftalı yemək böyrəklərin daha yaxşı işləməsinə kömək edir. Şaftalı tam bir sidikqovucudur. Bədəndən toksinlərin çıxarılmasına kömək edir. Şaftalı qandakı zərərli bakteriyaları təmizləməyə kömək edir və diş sağlamlığı üçün də çox təsirlidir.

A vitamini qaynağı

Şaftalı gündəlik A vitamini ehtiyacının 6, C vitamini ehtiyacının isə 15 faizini qarşılayır. Şaftalıda həmçinin 2 faiz K və E vitaminləri, fosfor, mis və sink var. 147 qram ağırlığında orta ölçülü şaftalıların qidalanma dəyərləri aşağıdakı kimi sıralana bilər: 50 kalori, 0,5 qram yağ, 0 qram xolesterin və natrium, 15 qram karbohidrat, 13 qram şəkər, 2 qram lif, 1 qram protein. (Lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:378
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Sentyabr 2025 04:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see281

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see281

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see277

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see260

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see250

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see247

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see236

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see231

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see230

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see228

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see219

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see216

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see216

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see213

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see210

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see206

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see206

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see201

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see197

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri