Icma.az
close
up
RU
ADA Universiteti hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir Doğru Xəbərlər

ADA Universiteti hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir Doğru Xəbərlər

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ADA Universiteti ixtisasları sırasına daha birini əlavə edərək hüquqşünaslıq üzrə magistr proqramını təqdim edir.

Azərbaycanda hüquq təhsilinin inkişafında mühüm rol yer alacaq bu proqramın təqdimatını keçirmək, həmçinin ictimaiyyəti məlumatlandırmaq məqsədilə dekabrın 16-sı Açılış tədbiri keçirilib.

ADA Universitetinin akademik portfelində xüsusi yerə malik olacaq və hüquq təhsili sahəsində beynəlxalq standartlara cavab verəcək bu yeni proqramın təqdimatında Hüquq fakültəsinin dekanı Rəşad İbadov qonaqları salamlayıb, proqramın yenilikçi və müasir yanaşması, milli hüquq sisteminin inkişafına verə biləcəyi töhfələrdən bəhs edib.

Qeydiyyat və Tələbə xidmətləri üzrə prorektor Günay Ziyadova çıxışı zamanı proqramın ADA Universitetinin təhsildə mükəmməllik missiyası ilə olan əlaqəsinə, akademik kurrikulum vasitəsilə tələbələri yerli və beynəlxalq əmək bazarına hansı formada hazırlayacağına, eləcə də qəbul və seçim meyarlarına toxunub.

Hüquq fakültəsinin dekan müavini Cavid Qədirov yeni proqramın tədris planı, metodu və strukturundan, habelə müasir çağırışlara cavab verən hüquqşünaslar yetişdirmək üçün nəzərdə tutulan nəzəri və praktiki yanaşmasından söhbət açıb.

Akademik işlər üzrə prorektor Elkin Nurməmmədov proqramın hüquqi islahatları irəli aparmaq və karyera inkişafını dəstəkləmək kimi vacib ehtiyacları hansı formada qarşılayacağını açıqlayıb.

Açılış tədbirində çıxış edən Azərbaycan Respublikasının ədliyyə naziri və ADA Universitetinin Hüquq fakültəsinin müəllimi Fərid Əhmədov Azərbaycanın müasir hüquq sistemindəki islahatları və onların təhsil sisteminə müsbət təsirini vurğulayaraq, təqdim edilən magistr proqramını ölkəmizdə beynəlxalq standartlarda hüquq təhsili vermək üçün atılan strateji addım kimi qiymətləndirib.

Tədbirdə yekun nitqlə çıxış edən Rektor Hafiz Paşayev vurğulayıb ki, peşəkar hüquqşünaslara olan ehtiyacı nəzərə alan, müvafiq sahədəki boşluqları doldurmaq səylərini dəstəkləyən ADA Universiteti bu yeni proqramı yalnız akademik nailiyyət kimi deyil, Azərbaycanın və onun aid olduğu regionun hüquq sisteminin gələcəyinə edilən elmi investisiya kimi dəyərləndirir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://dogru.az
archiveBu xəbər 16 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri