Icma.az
close
up
RU
ADA Universiteti özünün ilk doktorantura proqramını təqdim edib AZƏRTAC

ADA Universiteti özünün ilk doktorantura proqramını təqdim edib AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 19 dekabr, AZƏRTAC

ADA Universiteti özünün ilk doktorantura proqramını, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 19-u keçirilən tədbirdə hər iki universitetin professor-müəllim-tələbə heyəti, yerli və xarici qonaqlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov yeni proqramların elanını ADA Universiteti tarixində əlamətdar hadisə kimi qiymətləndiriblər.

ADA Universitetinin ABŞ-dakı Mərkəzinin prezidenti Qalib Məmməd də çıxış edib. O, ADA Universitetinin yeni təşəbbüslərinin gələcək elmi-pedaqoji heyətin hazırlanması məqsədi daşıdığını söyləyib. Bildirib ki, ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə əməkdaşlığı növbəti mərhələyə qədəm qoyur və daha geniş tələbə kütləsinin ehtiyaclarını ödəməyə yönəlib.

Corc Vaşinqton Universitetinin professorları Can Korman, Tarek Əl-Qəzavi və Rebeka Ha iki universitet arasındakı uğurlu əməkdaşlığın tarixindən bəhs ediblər. Onlar tədbir iştirakçılarına magistratura səviyyəsində təklif olunan ikili diplom proqramları barədə məlumat veriblər. Qonaqlar bildiriblər ki, imzalanacaq doktorantura təhsili razılaşması sayəsində əməkdaşlıq genişlənəcək və bu razılaşma tələbələrin elmi inkişafında əhəmiyyətli rol oynayacaq.

ADA Universitetinin rektoru Hafiz Paşayev yekun nitqində vurğulayıb ki, universitet ilk yaranan gündən elmi-pedaqoji heyətin gücləndirilməsi istiqamətində bir sıra işlər aparır. Bu məqsədlə ADA Universiteti mütəmadi olaraq xaricdə doktorantura təhsili alan azərbaycanlılarla yaxından işləyir və elmə maraq göstərən gənclərin nüfuzlu universitetlərdə doktorantura təhsilini dəstəkləyir. Rektor bildirib ki, ADA Universitetində texniki və texnoloji sahədə doktorantura təhsilinin açılışı da məhz bu məqsədə xidmət edir. Bundan əlavə, o qeyd edib ki, Corc Vaşinqton və Turin Politexnik Universitetində də bu sahələrdə doktorantura təhsili almaq imkanı azərbaycanlı gənclərə yeni akademik keyfiyyətlər qazandıracaq, onların ixtisaslaşmasını və beynəlxalq elmi şəbəkəyə qoşulmasını təmin edəcək. Bu, yalnız ADA Universitetinin deyil, bütövlükdə ölkəmizin inkişafına fayda verəcək.

Tədbirin əsas məqamlarından biri də ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında doktorantura təhsili üzrə tərəfdaşlıq müqaviləsinin imzalanması olub. Müqavilənin məqsədi ölkəmizdə İnformasiya Texnologiyaları sahəsinin inkişafına töhfə verəcək akademik kadrların yetişdirilməsidir. ADA Universitetinin doktorantura təhsili vasitəsilə yetişdirəcəyi müəllim və tədqiqatçılar beynəlxalq miqyasda ən müsbət təcrübələrə yiyələnəcəklər.

Qeyd edək ki, informasiya texnologiyaları və kompüter elmləri üzrə doktorantura proqramına ilk qəbul 2025-ci ildən etibarən aparılacaq.

Bu gün təqdimatı keçirilən magistr proqramları vasitəsilə tələbələr iki il ərzində həm Bakıda, həm Vaşinqtonda təhsil alaraq sonda iki diplom əldə edəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri