Icma.az
close
up
RU
ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub

ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 may, AZƏRTAC

ADA Universitetində tələbələr tərəfindən hazırlanmış süni intellektəsaslı “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, İnformasiya texnologiyaları və Mühəndislik fakültəsi tələbələrinin ərsəyə gətirdikləri bu innovativ layihə ilə akademik resurslara çıxışın müasir standartlara uyğunlaşdırılmasına nail olunub.

“MyLibAI” platforması ADA Universitetinin kitabxana fondunda yer alan 46 mindən çox resursu, o cümlədən kitablar, dissertasiyalar və elmi məqalələri əhatə edən hibrid axtarış sistemidir. Bu platformanı ənənəvi açar sözə əsaslanan sistemlərdən fərqləndirən başlıca cəhət istifadəçi sorğularını semantik səviyyədə təhlil etmək bacarığıdır. Belə ki, istifadəçilər konkret başlıq və ya müəllif adını dəqiq bilmədən, öz ehtiyaclarını təbii dildə ifadə etməklə effektiv axtarış apara bilərlər. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən platforma geniş istifadəçi auditoriyası üçün əlçatanlıq təmin edərək elmi araşdırmaların sürətlənməsinə xidmət edir.

Tədbiri açan ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov layihənin akademik kitabxana xidmətlərinin rəqəmsal transformasiyası istiqamətində mühüm nailiyyət olduğunu vurğulayıb. O, tələbələrin hazırladığı bu sistemin informasiya resurslarına çıxışı daha çevik və səmərəli etdiyini diqqətə çatdırıb.

Təqdimatda qonaq qismində iştirak edən Kembric Universitetinin professoru Qərib Mürşüdov süni intellekt həllərinin elmi fəaliyyətdəki əhəmiyyətindən danışaraq, bu platformanın həm akademik heyət, həm də tələbələr üçün fundamental bir alətə çevriləcəyini deyib.

İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov öz çıxışında informasiyanın sürətli artımı dövründə süni intellektin kitabxanalarda strateji tətbiqi və rəqəmsal mədəniyyətin vacibliyi kimi mövzulara toxunub.

Ölkənin aparıcı kitabxanalarının rəhbərlərinin və informasiya texnologiyaları mütəxəssislərinin iştirak etdiyi tədbirdə süni intellektin kitabxana xidmətlərinin gələcək simasını formalaşdırmaqdakı rolu geniş müzakirə olunub. Bildirilib ki, tələbələrin bu təşəbbüsü gələcəkdə milli səviyyədə tətbiq oluna biləcək potensiala malikdir.

“Senior Design Project” çərçivəsində ərsəyə gələn bu layihə “MegaSec” MMC-nin texniki və informasiya dəstəyi ilə həyata keçirilib. Bu təşəbbüs müasir texnologiyaların təhsil və elm sahəsinə inteqrasiyasının, eləcə də universitet-sənaye işbirliyinin uğurlu nümunəsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri