Icma.az
close
up
RU
ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi FOTO

ADA Universitetindəki anım tədbiri şəhid övladlarının iştirakı ilə keçirildi FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ADA Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri İkinci Qarabağ müharibəsində canından keçmiş lənkəranlı şəhidlərin övladlarının iştirakı ilə baş tutub.
Bizim.Media xəbər verir ki, fevralın 26-da təşkil edilən tədbirdə Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzinin şəhid övladlarından ibarət musiqi qrupu, Cəfər Cabbarlı adına 1 nömrəli musiqi məktəbinin müəllim və şagirdləri, ADA Universitetinin professor-müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhid övladları “Mən şəhid övladıyam, Vətən əmanəti!” mövzusunda Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Lənkəran Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, eləcə də şəhidlərin ailə üzvləri çıxış edərək, Xocalı faciəsinin Azərbaycan tarixindəki izindən bəhs ediblər.
Çıxışçılar gəncləri inkişaf edərək, güclənərək, öz zəkaları və elmi nailiyyətləri ilə xalqımıza xidmət etməyə, bu yolla ölkəmizin keşiyində durmağa səsləyiblər.
ADA İbtidai Məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Anım mərasimi “Xocalı”, “Ey Vətən”, “Zəfər” və digər əsərlərin ifası ilə davam edib. Tədbir “Koroğlu” uvertürası fonunda Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin ruhuna olan ehtiram nümayişi ilə başa çatıb.






Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri