Adacığı “moyka”ya çevirən sürücü təlimçiyə kobud cavab verərək əl qol göstərdi VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Heydər Əliyev prospektində (Olimpiya Stadionunun VİP girişində) qayda pozan sürücü görüntülənib.
Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Belə ki, 10-VM-078 dövlət nömrəli “Toyota” markalı avtomobilin sürücüsü maşını təhlükəsizlik adacığının üzərində saxlayaraq yuyub. Bu zaman o, dəfələrlə hərəkət zolağına çıxıb və avtomobilin qapısını açıq vəziyyətdə saxlayıb. Nəticədə sürücü ərazidən keçən digər avtomobillər üçün ciddi təhlükə yaradıb.
Xoşagəlməz mənzərənin şahidi olan təlimçi sürücüyə yaxınlaşıb və onu maşını yolun sağ kənarına çəkərək işini görməyə çağırıb. Əks halda ərazidən keçən polis əməkdaşları tərəfindən cərimələnəcəyini əlavə edib. Sürücü isə “Qoy yazsın” deyərək hərəkətinə haqq qazandırıb və onun bu əməlini ictimailəşdirəcəyini bildirən təlimçiyə kobud şəkildə “Sən nəsən ki?” cümləsi ilə cavab verib.
Qeyd edək ki, avtomobili təhlükəsizlik adacığının üzərində park etmək və hərəkət zolağına çıxaraq nəqliyyat vasitəsinin qapısını açıq şəkildə saxlamaq digər sürücülər üçün ani qəzalara səbəb ola bilər. Bu cür hərəkətlər yalnız cərimə ilə nəticələnmir, həm də ərazidən keçənlərin həyatını təhlükəyə atır.
Nərmin
Baxış sayı:47
Bu xəbər 05 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















